Gürcüstan “Civilization VI”-da: çariça Tamar ən populyar kompüter oyunlarından birinin personajı oldu
Paylaşmaq
Paylaşmaq
Dünyanın ən populyar kompüter oyunlarından biri olan Civilization-ın yeni versiyasında doqquz yeni personajdan biri gürcü monarxı – çarıça Tamar olacaq. Bu o deməkdir ki, gürcülər Civilization VI: Rise and Fall oyununda millətlərdən, sivilizasiyalardan biri olacaq və istənilən oyunçu çariça Tamarın Gürcüstanını seçərək, bu məmləkətin lideri ola, sivilizasiyasının bütün inkişaf mərhələlərini keçə bilər.
“Monarxı ideal edən nədir?” – yeni personajı təsvir edən oyun müəllifləri özlərinə sual edirlər.
“Müdriklik və diplomatiya? Uzaqgörənlik və mükəmməl strateji bacarıqlar? Çoxları bu standartlara yüksələ bilmir, amma Gürcüstanı bu məmləkətin Qızıl dövründə idarə edən Tamar ideal hökmdarlardan biridir”.
Müəlliflər personajı və milləti yaratdıqları zaman konkret detalları nəzərə alıblar:
Oyunda gürcü siviliasiyasının devizi – “Güc birlikdədir” ifadəsidir. Gürcüstan gerbində məhz bu sözlər yazılıb.
Oyunda gürcülərin unikal döyüş vahidi var – döyüşçü xevsurlar dağlıq ərazilərdə xüsusilə bacarıqlıdırlar. Bundan başqa, gürcülər oyunda unikal qurğu – “Tsixe” (qala) inşa edə bilirlər. Bu qurğu xüsusi istehkam özəlliklərinə malikdir.
Çariça Tamar başlanğıc videosunda gürcü kilsələrinin freskalarında əks olunduğu geyimdə təsvir edilib. Rolikdə gürcü xalq musiqiləri səslənir, Tamar gürcü dilində danışır.
Civilization oyununun addım-addım strategiyası 1991-ci ildə yaradılıb. Oyunçular öz imperiyalarını qururlar və tarixi dövrləri yaşayıb keçirlər. Oyunun ilkin dövrü eramızdan 4 min il öncəki dövrdür. Civilization VI oyununun yenilənmiş versiyası: Rise and Fall 2018-ci il fevralın 8-də çıxacaq.