Gürcüstan Cənubi Osetiya və Rusiya hərbi hissələrinin birləşməsini “yolverilməz və qeyri-legitim” hesab edir
RF prezidenti Vladimir Putinin Sxinvali hərbi hissələrinin Rusiya Silahlı Qüvvələrinin tərkibinə qəbulu haqda sərəncamı Tbilisidə kəskin reaksiya doğurub. Sərəncama əsasən martın 14-də Putin hökumətə müvafiq sazişin bağlanması ilə bağlı danışıqlara başlamağı tapşırıb.
Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze bildirib ki, “Bizin işğal olunmuş ərazilərimizin faktiki ilhaqına yönəlmiş istənilən addım əlbəttə ki, bizim üçün qəbuledilməzdir və biz bunu qınayırıq”.
Tbilisi beynəlxalq aləmin münaqişənin nizamlanmasında iştirakının vacib bilir. Bu haqda XİN rəhbəri Mixail Canelidze bildirib. Onun sözlərinə görə, Rusiyanın işğal altında olan ərazilərlə istənilən razılaşması qeyri-legitimdir və hüquqi cəhətdən heç bir qüvvəsi yoxdur.
Müxalifət isə hakimiyyəti beynəlxalq arenada fəaliyyətsizlikdə ittiham edir. “Bu yöndə beynəlxalq təzyiqə son qoyulub, Gürcüstan hakimiyyəti fəaliyyətsizlik göstərir və Gürcüstan məsələsi gündəmdən çıxıb. Özü də elə bir vaxtda ki, Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edilir”, – “Avropa Gürcüstanı” fraksiyasından olan deputat Serqo Ratiani bildirib.
Hərbi ekspert, Müdafiə nazirinin keçmiş müavini Batu Kuteliya hesab edir ki, Putinin qərarı yeni təcavüz riskini artırır. Onun sözlərinə görə, tərəflərin parçalanma xəttində Rusiya və Gürcüstan silahlı qüvvələrinin “təmas nöqtələrinin” sayı artır, bununla bağlı təxribat ehtimalları da yüksəlir.
Rusiya və Cənubi Osetiya hərbi hissələrinin birləşdirilməsi planı haqda hələ 2015-ci ilin martından, “Əməkdaşlıq və inteqrasiya” haqda saziş imzalanandan bəri məlumdur. Sazişin maddələrindən biri RF və CO silahlı qüvvələrinin və təhlükəsizlik orqanlarının ayrı-ayrı hissələrinin birləşdirilməsini nəzərdə tutur.
Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiyasını və nöqteyi-nəzərini ifadə edir və redaksiyanın mövqeyilə üst-üstə düşməyə bilər.