Batumidə “Leo Qrand” otelində güclü yanğın baş verib. Son məlumata əsasən 11 nəfər həlak olub. Güclü tüstü nəticəsində insanların yanan binadan evakuasiyası uzun müddət mümkün olmayıb.
Batumi Təcili Yardım Mərkəzindən “İnterpressnyus” agentliyinə bildirilib ki, xəsarət alanlar şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Oların vəziyyəti haqda hələlik heç nə məlum deyil. Yanğınsöndürənlərdən biri də xəsarət alıb.
Xilasetmə Xidmətindən bildirildiyinə görə, gecə saat birə doğru yanğını söndürmək mümkün olub, hər kəs binadan təxliyə edilib.
Hələlik ölənlərin adları açıqlanmır. Məlumdur ki, mehmanxanada Gürcüstan vətəndaşlarından başqa əcnəbi qonaqlar, o cümlədən Türkiyə və İran vətəndaşları da olub.
Batumidə Xilasedici Xidmətinin qaynar xəttinə – 112-ə “Leo-Qrand” mehmanxanasında yanğın haqda siqnal saat 20.01-də daxil olub.
Yanğın yerinə 100-ə yaxın yanğınsöndürən-xilasedici və 12 yanğınsöndürmə alayı cəlb edilib. İlkin məlumata görə, yanğın çoxmərtəbəli binanın üst qatlarında baş verib. Güclü tüstü dumanı üzündən evakuasiyanı həyata keçirmək xeyli çətin olub.
Hazırda (01.00, 25 noyabr) binada alov görünmür, Daxili İşlər Nazirliyindən bildirirlər.
“Leo-Qrand” 180 nömrəlik beş ulduzlu oteldir, 2015-ci ildə açılıb və onun inşaatına 40 milyon dollar ayrılıb