Qoyun yunu Gürcüstandan Avropa İttifaqı bazarına ixrac edilən ilk heyvan mənşəli məhsul olacaq.
İndiki mərhələdə Avropa standartlarına ancaq iki gürcü şirkəti – “Georgian vul MMC və “Gürcü yunu şirkəti MMC cavab verir və məhz onlar Avropa İttifaqı ölkələrinə qoyun yunu təchiz edəcəklər.
İlk partiyanı Böyük Britaniyaya “Gürcü yunu şirkəti göndərəcək.
“Bizim artıq “Curtis wool direct limited şirkəti ilə ilkin razılaşmamız var. Əməkdaşlığımızın uzun müddətli olub-olmayacağı göndərdiyimiz qoyun yununun emalından sonra məlum olacaq, – deyə “Gürcü yunu şirkətinin rəhbəri Zaur Quliyev bildirdi.
“Georgian vul MMC və “Gürcü yunu şirkəti MMC hazırda Hindistan, Ukrayna və Çinə qoyun yunu ixrac edirlər. Avropaya yolu onlara Gürcüstanın 2014-cü ildə Avropa İttifaqı ilə imzaladığı assosiativ saziş açdı.
İmzalanan müqaviləyə baxmayaraq, Avropada ticarət daha mürəkkəb və şirkətlərdən müvafiq Avropa sertifikatı ala bilməsi üçün daha ciddi hazırlıq tələb edən məsələ oldu. “Georgian vul və “Gürcü yunu şirkəti bu maneəni keçə bilən ilk şirkətlər oldular.
Qoyun yunundan olan ağ meqrel yapıncısının istehsalı, hələ ki, dağ kəndinin qadınlarının bacardığı yoxa çıxmaqda olan qədim sənət haqqında “GoGroupMedianın filmi.
Foto: netgazeti.ge Material dərc edilib: 18.03.2016