Gürcüstanın azərbaycanlı əyalətlərində təhsil çox aşağı səviyyədədir və dövlət görünür ki, bu problemi lazımi qədər qiymətləndirə bilmir – bu haqda Gürcüstanın ingilis dilli çap qəzeti “Georgia Today yazır.
Az savadlı, əsasən də orta təhsili belə olmayan gənc azərbaycanlılar dini fanatizmə meyllidirlər və bu təəssüf ki, artıq aydın görünən ən böyük təhlükədir. “Etnik azərbaycanlıların məskunlaşdığı əyalətlərdə artıq çoxdandır ki, Türkiyə, İran və Səudiyyə Ərəbistanından missionerlər işləyir, – “Georgia Today Gürcüstanın Qardabani rayonunda yaşayan gənc yazıçı Coşğun Cəfərlidən sitat gətirir, o həm də dəfələrlə özünün Qərb yönlü mövqeyinə görə təhdidlərə məruz qaldığını söyləyir, – Axı onlar artıq Gürcüstanın bəzi azərbaycanlı kəndlərində Şəriət qanunlarını işlədirlər.
Cəfərli şəriət məhkəməsi ilə “cəzalandırılan ən azı bir yerli sakin haqqında danışır: Gürcüstanın Telavi rayonunun Qaracala kənd sakininin guya inək oğurluğuna görə barmağını kəsmişdilər. Bu faktı jurnalistlərə kənd rəhbəri də təsdiq etdi, düzdü “bunun vəhhabiliklə heç bir əlaqəsi olmadığını da dedi.
“Georgia Today qəzeti “məhkumla görüşdü, bu, özünü “çox dindar kimi qələmə verən və ətrafında onun dini baxışlarını bölüşən 350-yə yaxın “dostunun olduğunu deyən gənc oğlanıydı.
Qaracala kənd məktəbinin direktoru Elza Aşurova deyir ki, əksər şagirdlər radikal meylləri ilə seçilən ailələrdəndirlər. Bu uşaqlar dərsləri tez-tez buraxır – misal üçün, orucluq vaxtı ümumiyyətlə məktəbə gəlmirlər. “Mən bir neçə dəfə axunda müraciət edərək, xahiş etmişəm ki, o bu insanlara təsir etsin, başa salsın ki, uşaqlar məscidə dərs əvəzinə yox, dərsdən sonra getsinlər. Axund razılaşmadı. Dedi ki, namazın vaxtı dəqiq müəyyən edilib.
Məktəb direktoru onu da qeyd etdi ki, bir çox məktəblilərin Gürcüstanın Təhsil Nazirliyinin bütün birinci sinif şagirdlərini təmin etdiyi kompüterlərində dini materiallar yazılıb.
Dini məsələlər üzrə Dövlət Komitəsinin başçısı Zaza Vaşakmadze bu vəziyyətlə bağlı şərh vermək xahişinə cavabında başçılıq etdiyi strukturun məsələdən xəbərdar olduğunu, amma heç nə edə bilmədiyini bildirdi:
“Biz radikal dini qruplaşmalarla bağlı olan azərbaycanlıların olduğunu bilirik, amma bu yerli sakinlərdən heç biri [bu radikal cərəyanların] onların şəxsi həyatına müdaxiləsi ilə bağlı şikayət etməyincə, biz heç nə edə bilərik.