Gürcüstanın üç cüdoçusu Beka Qviniaşvili (-90 kq), Varlam Liparteliani (-100 kq) və Quram Tuşişvili (+100 kq) Sankt Peterburqda başa çatan “Masters” seriyasından turnirin qalibi olub.
Finalda Qviniaşvili 2015-ci il Dünya çempionu Cənubi Koreyadan olan Donqan Qlvakla görüşüb və ipponla təmiz qələbə qazanıb. Quram Tuuşişvili də görüşü ipponla sonlandıraraq, dünya reytinqinin lideri braziliyalı David Moura üzərində qələbə çalıb. Lipartelianinin rəqibi isə 100 kq çəki dərəcəsində dünyanın ən güclü cüdoçusu hollandiyalı Mikael Korrel olub.
Ümumilikdə gürcü cüdoçular Sankt Peterburqda beş medal qazanıblar. Turnirin ilk günündə Laşa Şavdatuaşvili (-73 kq) gümüş qazanıb, Vaja Marqvelaşvili isə (-66 kq) üç yeri tutub.