Gürcüstanda bu gün ən yeni tarixin faciəvi günü – Suxuminin işğalının, Gürcüstan ordusunun Abxaziya paytaxtını tərk etdiyi günün 25 illiyi xatırlanır.
Bütün Gürcüstan ərazisində dövlət qurumları üzərindəki bayraqlar endirilib.
Səhər saatlarından hərbi əməliyyatlar zamanı həlak olanların xatirəsini yad etmək üçün onların ailə üzvləri və yaxınları Tbilisidəki Qəhrəmanlar Memorialının qarşısına gəlib.
Müharibə iştirakmçıları və Gürcüstan hökumətinin üzvləri də memorialı ziyarət edib, – “Novosti Qruzii” məlumat verir.
FOTO: Müdafiə naziri Levan İzoriya və Gürcüstan hökumətinin digər üzvləri Tbilisidə Qəhrəmanlar Memorialı qarşısında. Gürcüstan Müdafiə Nazirliyinin Facebook səhifəsi
• Abxaziyada hərbi münaqişə 1992-ci il avqustun 14-də başlayıb, 13 ay və 13 gün davam edib, 1993-cü il sentyabrın 27-də abxaz və Şimali Qafqaz qüvvələrinə qarşı Gürcüstan qoşunlarının məğlubiyyəti ilə başa çatıb. Bəzi məlumatlara görə, hərbi münaqişə 13 mindən çox can alıb, böyük hissəsi etnik gürcü olmaqla 300 min insan qaçqın düşüb.
• 2008-ci ildə, avqust müharibəsindən sonra Rusiya hökuməti Abxaziyanı müstəqil dövlət olaraq tanıyıb. Gürcüstan hökuməti öz növbəsində bu ərazini rəsmən işğal olunmuş elan edib.
Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır