Gümridə Kursk meydanında Rusiya hərbçisi və yerli sakinlər arasında bıçaqlı dava baş verib, nəticədə 21 yaşlı müqaviləli hərbçi Dmitri Yalpayev həlak olub.
Hadisə yerinə gələn həkimlər hərbi qulluqçunun öldüyünü müəyyən edib. Onların söylədiyinə görə, öldürülən şəxsin əlində “kifayət qədər böyük bıçaq olub”.
Polisdən bildirilib ki, qətldə şübhəli bilinən şəxs həbs edilib. Bu, 20 yaşlı Gümri sakinidir. Faktla bağlı cinayət işi qaldırılıb.