Tbilisidə Beynəlxalq qadınlar gününə həsr olunan iki aksiya keçirildi. Aksiya iştirakçıları qadınlar üçün iş şəraitinin yaxşılaşdırılması və onların siyasətdə daha çox təmsil olunmasını tələb edirdilər. Tbilisi konsert zalının qabağından başlayan yürüş parlament binasının qarşısına qədər davam etdi.
Aksiyaya hazırlıq hələ bir neçə gün bundan əvvəl başlayıb. Təşkilatçıların hazırladığı qutulara aksiya iştirakçıları deputatlara ünvanlanan məktublar atırdılar.
Əsas tələblər gender bərabərliyi və siyasətdə daha çox qadının olması idi.