Oktyabrskaya küçəsi 20 ildir ki, dağılmış vəziyyətdə idi. İndi isə onun yalnız eni 3 metrdən çox olacaq! Uzunu isə 2 kilometr. Tikintinin sədr müavini Vadim Qabarayev fəxrlə deyir ki, beton və asfalt istisna olmaqla bütün materiallar (çınqıl, qum, plitka) yerli məhsullarır.
İndi isə küçənin dizaynının vaxtı gəlib. Skamyalar, işıqlandırıcılar, güllər və kolluqlar.
Oleq Kudoxov –heykəltəraş deyil, o sadəcə Çxınvalidə doğulub və onu çox sevir. Onun ideyası Oktyabrskaya küçəsini incəsənət obyektinə çevirməkdir. Onu Rumınyada Mixay Emineskin şərəfinə ucaldılan heykəl ruhlandırır.
“Mən təklif etmişəm ki, iki ağacdan istifadə edək. Və bu ağacların budaqlarını elə quraşdıraq ki, onlar Kosta Xetaqurovun və Teymuraz Xadcetinin portletlərini yaratsın.
Oleq Kuduxov: “ Eskizi mən özüm düzəldəcəm, sonra isə Vladikafkazdan olan tanışım ilə danışmışam ki, qalın metaldan iki ədəd ağac düzəldək. Daha sonra onları postamentın üzərinə qoymaq lazım gələcək. Bu qədər sadə. Ucuz və qeyri –adi!