Noyabrın 7-si Göyçay şəhərində Nar Bayramının 10-cu yubileyi qeyd olundu.
Nar festivalında narın müxtəlif sortlarından hazırladığı məhsullar: nar suyu, nardança, nar-şərab, gilələnmiş nar, nardan tortlar sərgiləndi.
2006-cı ilin noyabrından başlayaraq ənənəviolaraq qeyd olunan bu ilki bayram mərasimində 15 minə yaxın insan iştirak etdi.
Göyçayın mərkəzi meydanında təşkil olunan əl işləri sərgiləri həm yerli əhalinin, həm də dünyanın 20-yə yaxın ölkəsindən gələn qonaqların marağına səbəb oldu.
Nar Bayramında çıxış edən kənd təsərrüfatı nazirinin müavini bildirib ki, Azərbaycanda mövcud olan nar bağlarının 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi Göyçayın payına düşür.Nazir əlavə edib ki, 2015-ci ildə fermerlər və fərdi təsərrüfat sahibləri 47 min tona yaxın nar tədarük ediblər, bu isə ötən ilə nəzərən 2 ton çoxdur.
Yetişdirilmiş narın 50% ixrac olunan məhsullara gedir.