Göyərtili çörək
Amma dövr dəyişir və indi gənclər arasında onları bişirməyi ancaq ümumiyyətlə mətbəxlə maraqlananlar və öz vətəninin ənənələrini qoruyub saxlamaq istəyənlər öyrənir. Yaşlı nəsil arasında isə sağlam rəqabət davam edir: hər bir evdar qadın əmindir ki, məhz o bu kökələri düzgün və hamıdan yaxşı hazırlayır.
Anya Qriqoryan zarafatla deyir: “Nə qədər ki özümü xatırlayıram, Jenqəlov aç bişirirəm. Həm də ancaq öz kökələrimi yeyirəm, yəni öz bişirdiyimi. 64 yaşlı Anya öz kökələriylə öyünür və deyir ki, onların hazırlanması prosesi ritualdır və ona bunu gənc yaşlarında nənəsi öyrədib.
Bu da Anyanın “göyərtili çörək resepti. O əvvəlcədən yuduğu və qurutduğu 13 növ göyərtini doğrayır. Kökənin hazırlanmasının əsas problemi də elə bundadır. İş orasındadır ki, qarabağlı xanımlar hardasa 20 növ müxtəlif göyərtilərdən istifadə edirlər. Özü də onların dediyinə görə, bu göyərtilərin bir hissəsi yalnız onlarda bitir, digər hissəsinin adını onlar öz dialektlərində deyirlər, bu da əgər siz peşəkar botanik deyilsizsə söhbətin konkret nədən getdiyini anlamaq imkanı vermir.
Buna görə də sizin tanıya bildiyiniz göyərti növlərini sadalamaqla kifayətlənməli olacağıq. Bu, keşniş, şüyüd, gicitikən, çuğundurun tağı (ancaq yarpaqlar, gövdəsiz ki, kökə qırmızı olmasın), turşəng, at turşəngi, ispanaq. Amma hər bir evdar xanım bu siyahıya öz göyərtilərini də əlavə edə bilər, amma cəfərisiz. O burada olmamalıdır.
Anya göyərti olan qaba doğranmış soğan, bitki yağı, duz, istiot əlavə edir. Deyir ki, bəzi xanımlar kökənin içinə nar dənələri və gavalıdan hazırlanan turş lavaş da əlavə edirlər.
Xəmir çox sadədir: bura yalnız su, un və duz daxildir. Xəmiri yoğurandan sonra Anya onu yarım saat saxlayır, sonra da hissələrə bölüb, yayır. Burada daha bir təhlükə var: xəmir nə qalın, nə də nazik olmamalıdır ki, cırılmasın. Yayılmış xəmirin bir tərəfinə göyərti qoyulur, ikinci tərəfiylə örtülür, qıraqları səliqəylə çimdiklənir.
Kökələr bərk qızmış tavada iki tərəfdən qızardılır, çox gözləməyə ehtiyac yoxdur. Onların bişirilməsi zamanı ətrafa, bütün həyətə çox gözəl qoxu yayılır. Yerlilər isə bu sevimli, hələ uşaqlıqdan yaxşı tanıdıqları doğma yeməyin iyini dərhal tanıyırlar.
Anya xüsusi olaraq qeyd etdi ki, Jenqəlov açı qırmızı çaxırla süfrəyə gətirmək lazımdır. Uğurla bişirin!