Bahalı hesab: Azərbaycanda yeni gömrük qaydaları qüvvəyə minib
İndən belə Azərbaycan sakinləri dəyəri 300 ABŞ dollarından çox olan malları onlayn sifariş verə bilməyəcəklər. Əgər eyni fiziki şəxs bir ay içində xaricdən dəyəri göstərilən məbləği aşan mal sifariş versə, malın dəyərinin az qala yarısından çox həcmdə gömrük rüsumu ödəməli olacaq.
Daha əvvəl dəyəri 1000 dollara qədər olan malın onlayn sifiraşinə gömrük rüsumu tətbiq edilmirdi.
Avqustun 21-də Azərbaycanda dəyəri 800 ABŞ dollarını aşan malların ölkəyə gömrük qüsumu ödənmədən gətirilməsini qadağan edən qayda qüvvəyə minib. İndiyə qədər gömrük rüsumu ödənmədən 1500 dollarlıq malın gətirilməsinə icazə verilirdi. Amma bu, yalnız şəxslərin sərhəddən keçirdikləri mallara aiddir. Poçtla göndərilən mallarla bağlı vəziyyət daha mürəkkəbdir.
• Bakı deyil, amma pis alınmayıb?
Bundan başqa, Azərbaycan vətəndaşlarına – diplomatik missiya üzvlərinə, müxtəlif səbəblərlə xaricə ezam olunan şəxslərə xaricdən aldıqları dəyəri 40 min manatı [23 530 ABŞ dolları] aşmayan əmlakı və mühərrikinin həcmi 3 min kubsantimetrdən çox olmayan bir avtomobili ölkəyə qayıdarkən özləri ilə gətirməyə icazə verilir.
Xüsusən malların xaricdən onlayn-sifarişlər sahəsində qaydaların sərtləşdirilməsini sosial şəbəkə istifadəçiləri kəskin qəzəblə qarşılayıb. Bəziləri hətta dəyəri tətbiq olunan limiti aşan malların Şəbəkədən sifariçinin neçəyə başa gələcəyini də hesablayıb.
Əgər Azərbaycan sakini hansısa saytdan 400 dollarlıq smartfon sifariş edirsə, aşağıdakılar baş verir:
56 dollar çatdırılma xidmətinə pul ödəyirsiniz (DHL məsələn). Bu zaman gömrük, məhsulun gömrük dəyərini 400 dollar yox, üstünə çatdırılmanı gəlməklə hesablayır 456 dollar. 300 dollar buradan limit çıxılır və qalan 156 dollardan aşağıdakı rüsumlar alınır:
Rüsum 1: 18% ƏDV vergisi
Rüsum 2: 15% İdxal gömrük rüsumu
Rüsum 3: 15 manat gömrük yığımı
Rüsum 4: 30 manat Elektron gömrük xidməti haqqı
Rüsum 5: Elektron gömrük xidmət haqqının 18% ƏDV-si
Saxlanc haqqı: 15 manat, əlavə hər günə görə 1 avro əlavə.
Əlavə: Elektron gömrük bəyannaməsini doldurmaq üçün bina daxilində zirzəmiyə yönəldirlər və orada broker şirkətlər var, bir sənədi doldururlar, elə bildim pulsuzdur, sonra dedilər 50 manat.
Yekunda 156 dollara görə 190 manat rüsum, 20 manat saxlanc haqqı, 50 manat broker pulu ödəmişəm.
Ümumilikdə gömrük rüsumu təxminən 153 dollar təşkil etdi, başqa sözlə, limiti aşan məbləğə bərabər məbləğ alındı. Nəticədə 400 dollarlıq smartfon sifarişçiyə 609 dollara başa gəldi.