Gizli laboratoriya: Azərbaycana qarşı yeni təzyiq forması? Bakıdan şərh
Rusiyanın “Rossiya-24” dövlət telekanalı Azərbaycanda NATO-nun gizli laboratoriyasının olduğu haqda sənədli film yayımlayıb. İndiyə qədər hüç kim və heç vaxt bu haqda bəyan etməyib. Azzərbaycanlı politoloqun fikrincə, bu iddianı Moskvanın Bakıya qarşı yeni təzyiq forması kimi dəyərləndirmək lazımdır.
- Azərbaycanda koronavirus epidemiyasının beşinci dalğası başlayıb
- Ermənistan-Türkiyə “normallaşması”: asimmetriya fonunda gözləntilər
- ABŞ konqresmenlərinin Azərbaycana səfərlərini kim maliyyələşdirib? FBI-ın təhqiqatı və Bakıdan şərh
Yanvarın 22-də Rusiyanın “Rossiya-24” dövlət telekanalında tanınmış rusiyalı telejurnalist Arkadi Mamontovun “Ştamm Andromeda” adlı araşdırma filmi yayımlanıb. Filmdə bildirilir ki, son illərdə Rusiyanın perimetri üzrə ABŞ-ın postsovet ölkələrində açdığı bioloji laboratoriyalar fəaliyyət göstərməyə başlayıb. Müəllif iddia edir ki, pentaqon digər ölkələrin ərazilərində infrastruktur, texnologiya və təhlükəli bakteriya və virusların öyrənilməsi üzrə tədqiqatlar üçün milyonlarla dollar xərcləyir.
“Bu laboratoriyalarda hansı tədqiqatlar aparılır? Onlar yerləşdikləri ölkələrin sakinləri üçün hansı təhlükəni kəsb edir? Və niyə mikrobioloq mütəxəssislər bu obyektləri çox vaxt Rusiya sərhədlərinə doğru irəliləyən NATO blokunun hərbi bazaları ilə müqayisə edirlər? Bu sualların cavabları Arkadi Mamontovun sənədli araşdırmasında”, – filmin annotasiyasında deyilir.
“Bu gün belə laboratoriyalar şəbəkəsi Ukrayna, Gürcüstan, Azərbaycan, Moldova, Özbəkistan, Qazaxıstan, Ermənistanda yaradılıb. Bizim Rusiya sərhədləri ətrafında bio-təhlükə çəmbəri”, – filmin müəllifi Mamontov deyir.
Araşdırma müəllifləri Ermənistan, Qazaxıstan, Gürcüstan və Ukraynada olublar, yerli ekspertlərlə danışıblar, kadrlarda bu bioloji laboratoriyaları göstəriblər.
Azərbaycan ilk dəfədir ki, “Amerika laboratoriyalarının” “yerləşdiyi” ölkələr sırasına daxil edilib.
Şərh
“Rusiyada Kremlin sifarişlərini yerinə yetirən jurnalistlər arasında Arkadi Mamontov da var. Kreml hansı ölkəni və olayı hədəf alırsa, bundan dərhal sonra Mamontovun Rusiyanın dövlət kanalında “jurnalist araşdırması” yayımlanır.
Mamontov bu dəfə Azərbaycanı hədəf alıb, demək bu barədə ona yuxarıdan sifariş verilib. Arkadi Mamontovun yanvarın 22-də “Rossiya-24” telekanalında yayımlanan sənədli filmində keçmiş SSRİ respublikalarındakı ABŞ bioloji laboratoriyalarından danışılarkən Azərbaycanda da gizli laboratoriyaların mövcudluğu iddia edilib.
Bəli, bu laboratoriyalar haqqında müxtəlif mülahizələr var. Misal üçün ABŞ laboratoriyalarının Gürcüstanda, Ukraynada olduğu iddia edilir. Ancaq haqqında danışılan laboratoriyaların Moskvanın tərəfdaş olduğu ölkələrdə – Qazaxıstanda, Özbəkistanda, hətta Ermənistanda olduğu barədə də xəbərlər var. Ermənistan geri addım ataraq adı çəkilən labroratoriyanın qapılarını rusiyalı mütəxəssislərin üzünə açıb.
Vaşinqton və tərəfdaş ölkələrin rəsmiləri həmin labroratoriyaların elmi araşdırmalarla məşğul olduğunu vurğulasalar da, Kreml iddia edir ki, həmin labroratoriyalar Rusiya üçün ciddi təhlükə mənbəyidir. Əslində bölgədə Amerika ilə ortaqlığa aid nə varsa, Kreml onu Rusiya üçün təhlükə sayır və qonşularına “xəbərdarlıq mesajı” göndərir.
İndi isə Azərbaycanı da siyahıya əlavə ediblər. Azərbaycanda biloloji laboratoriyanın varlığına dair heç bir fakt yoxdur, varsa, bunu gizli saxlamaq olmazdı.
Bəs onda Kremlin ruporu Azərbaycanla bağlı saxta xəbəri nədən yayıb? Görünür, bu da Moskvanın Bakıya yeni təzyiq formasıdır”, – “Atlas” Analitik Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Arkadi Mamontovun iddialarını şərh edib.