“Gizli kamera çəkilişləri, müxalifətin izlənməsi” – Gürcüstanın daxili işlər nazirinin müavininin istefası
Gürcüstanda müxalifətin izlənməsi haqda
Jurnalistlər Gürcüstanın daxili işlər nazirinin müavini Kaxa Sabanadzeni Tbilisidə 2019-cu il 20 və 21 iyunda keçirilən etiraz aksiyasının iştirakçılarına qarşı qanunsuz əməllərdə günahlandırıblar. O bildirib ki, ədalətli araşdırmaya mane olmamaq üçün istefa verir.
Gürcüstanın daxili işlər nazirinin müavini Kaxa Sabanadze
“Mən hesab edirəm ki, ciddi və obyektiv araşdırma aparmaq lazımdır və bu prosesə etibarı təmin etmək üçün mən istefa verirəm. Düşünürəm ki, bu presedentdir və digər məmurlara cəmiyyət tərəfindən obyektiv suallar yarandığı halda yüksək dərəcədə məsuliyyətlə hərəkət etməyə kömək edəcək”, – Sabanadze martın 23-də Facebook səhifəsində yazıb.
2019-cu ilin iyununda Tbilisidə etirazlar: nə, niyə və necə baş verib?
2019-cu il iyunun 21-ə keçən gecə Tbilisidə parlament binası qarşısında izdihamlı etiraz aksiyası keçirilib. Aksiya rezin güllə, su şırnaqları və gözyaşardıcı qaz istifadə olunmaqla çox sərt dağıdılıb. Yüzlərlə insan xəsarət alıb, iki nəfər gözünü itirib.
Həmin gün Gürcüstan parlamentində Beynəlxalq Pravoslav Parlamentlərinin Forumunun açılışı zamanı yaşanan hadisə etirazlara səbəb olub. Forum təşkilatçılarından biri, rusiyalı deputat Sergey Qavrilov Gürcüstan spikerinin kreslosunda oturaraq iclası aparıb.
Müxtəlif məlumatlara əsasən, etirazda 20 min nəfər iştirak edib. Parlamentə soxulmaq cəhdləri baş verib, mühafizəçilər bunun qarşısını alıb. Iyunun 21-də səhərə yaxın xüsusi təyinatlılar hücuma keçib və etirazı dağıdıb. Hakimiyyət 20 iyun etirazını dövlət çevrilişinə cəhd kimi dəyərləndirib.
Müxalifət isə bildirir ki, əsas məqsəd parlamentə azad seçkiləri təmin etmək, tam proporsional (partiyalı) sistemə keçmək olub. Onlar bu tələbin qəbuluna nail ola bilməyiblər. 2020-ci il oktyabrın 31-də keçirilən seçkini müxalifət saxtalaşdırılmış adlandırıb və parlamentdəki yerlərindən imtina edib. Gürcüstanda faktini birpartiyalı parlament fəaliyyət göstərir, ağır siyasi böhran savam edir.
Müxalifətçilərin izlənməsi, müşahidə kameraları görüntülərinin məhv edilməsi – jurnalistlər nə sübut edir?
Hər şey “Pirveli” və “Mtavari” telekanallarında iki telesüjetlə başlayıb. “Mtavari”nin süjetinin baş qəhrəmanı hazırda dövlət sirrini yaymaq ittihamı ilə saxlanılan keçmiş xüsusi xidmət orqanları əməkdaşı İvane Qulaşveli olub.
- Gürcüstanda növbəti siyasi qalmaqal: İvanişvilinin oğlunun və baş nazirin iştirakı ilə “dinləmə”
- Tbilisidə etiraz aksiyasında onun gözünü çıxarıblar, amma o, mitinqlərdə iştiraka davam edir. Niyə? Video
Telekanala müsahibəni anonim mənbə təqdim edib, bu müsahibə çoxdan – 2019-cu il noyabrın 24-də, etiraz dağıdılandan az sonra yazılıbmış. Qulaşvili burada 2019-cu il iyun nümayişləri zamanı aldığı məxfi əmrlər, o cümlədən də siyasi və dini liderlərin izlənməsi haqda danışıb.
“Mtavari”nin əmrinə əsasən, əvvəlcədən Qulaşvili güc strukturlarında yüksək vəzifə tutan Nikoloz Şaradzenin (indi sərhəd polisinə rəhbərlik edir) tabeliyində olub. Daha sonra Qulaşvilini daxili işlər naziri Kaxabera Sabanadzenin birbaşa tabeliyinə keçiriblər.
“Məndə çoxlu məxfi səs yazıları var, bunlara görə məni öldürə bilərlər”, – Qulaşvili deyib.
O danışıb ki, 2014-cü ildə ona vəkil Anna Dolidzenin evinə müşahidə kamerası quraşdırmaq tapşırılıb. O, mənzil oğrularının istifadə etdiyi alətlə qapını açaraq mənzilə daxil olub. Vəkilin şəxsi həyatı ilə bağlı görüntülər əldə edildikdən sonra evə yerləşdirilən kamera götürülüb – Qulaşvili deyib.
Anna Dolidze müxtəlif zamanlarda müdafiə nazirinin müavini, o cümlədən də prezidentin parlament katibi və Gürcüstanın Ali Ədliyyə Şurasının üzvü olub. Hazırda o, fəal siyasətlə məşğuldur. Dolidze deyib ki, hələlik onu şəxsi həyatı ilə bağlı kadrlarla şantaj etməyə çalışmayıblar.
Müsəlmanların dini liderinin izlənməsi
Qulaşvili onu da danışıb ki, o vaxt Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi olan Vaqif Əkbərovun kompüterinə xüsusi virus buraxıb. Təhlükəsizlik xidməti onun şəxsi məlumatarını əldə etmək istəyib – Qulaçvili bildirib.
Bu deyilənlər 2014-cü ildə Əkbərovun şeyx mövqeyindən imtina etməsi fonunda baş verən hadisələrlə də təsdiqlənir. Həmin vaxt o, bildirmişdi ki, könüllü olaraq gedir, amma təhlükəsizlik xidmətinin onu gizli yazışmalarını dərc etməklə təhdid edərək şantaj etdiyini də demişdi.
20 iyun işi
Qulaşvili müsahibəsində danışıb ki, Kaxa Sabanadze 2019-cu ilin iyununda ölkəni etirazlar dalğası bürüyəndə ona çoxlu əmrlər verib. O, mitinq zamanı müxalifət liderlərinin çıxışının yayımlandığı parlament qarşısındakı böyük ekranı zədələyib. Həmçinin etiraz aksiyasının keçirilməsinə mane olmaq üçün mikrofonu və səsgücləndiricini də sıradan çıxarıb. Daha sonra ona parlament binası ətrafındakı müşahidə kameralarından görüntülərin silinməsi tapşırılıb.
Bundan başqa, Qulaşvili “Mtavari” telekanalının təsisçilərindən biri, müxalifətçi Giorgi Ruruanın avtomobilinə GPS izləmə qurğusu yürləşdirmək əmri də alıb. Bir neçə aydan sonra Rurua həbs olunub və qanunsuz odlu silah gəzdirmək ittihamı isə mühakimə olunub. Müxalifət onu “siyasi məhbus” hesab edir və onun azad edilməsini tələb edir.
“Pirveli” TV-nin süjetində Gürcüstanın daxili işlər nazirinin müavini Kaxa Sabanadzenin ofisində çəkildiyi deyilən gizli kadrlar təqdim olunub. Kadrlara əsasən, məhz o, iyunun 20-ə keçən gecə əməliyyata rəhbərlik edib və əmrlər verib. Telekanal bildirib ki, müxalifət liderləri mitinqə gələn minlərlə insanı yönləndirə bilməsinlər deyə mikrofonların və bütün səsötürücü sistemin sıradan çıxarılması əmrini məhz Sabanadzenin verdiyi ilə bağlı əlində sübutlar var.
Sabanadze Gürcüstanda keçmiş baş nazir Giorgi Qaxariyanın ən loyal tərəfdarlarından biri hesab edilir. Siyasi şərhçilərin fikrincə, onun izlənməsi eyni zamanda baş nazirin özünün izlənməsi deməkdir.
Prokurorluq cinayət işi qaldırıb
Prokurorluğun məlumatında deyilir ki, mümkün şəxsi həyata müdaxilə və bəzi dövlət vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı araşdırmaya başlanılıb.
Bu, son bir ay ərzində Gürcüstanda məxfi audio-video yazılar ətrafındadkı ikinci qalmaqaldır. Martın 7-də “Pirveli” telekanalında anonim mənbənin təqdim etdiyi, hazırkı baş nazir İrakli Qaribaşvili, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Anzor Çubinidze və Gürcüstanı qeyri-formal idarə edən Bidzina İvanişvilinin oğlu Bera İvanişvilinin sosial şəbəkələrdə sonuncunu tənqid edən yeniyetmənin cəzalandırılmasının müzakirəsini əks etditən səs yazısı yayılıb.