Tbilisili fotoqrafın “Mənim sovet həyatımdan seriyası, ikinci hekayə.
Sovet Ordusunun hər bir hərbi hissəsində “Lenin otaqları olub. Bu otaqların divarları əyani təşviqat və dünya proletariatı liderlərinin portretləri ilə bəzədilirdi.
Bizim hərbi hissənin “Lenin otağında masaların üstündə bölük poçtalyonunun gətirdiyi mərkəzi və ordu qəzetləri vardı. “Pravda, “Komsomolskaya pravda, “Krasnaya zvezda və başqa qəzetlər.
Üstündə qəzetlər olan hər bir masanın yanında stul olurdu – əsgər hərbi hazırlıqdan sonra masa arxasında oturub, partiya mətbuatını oxumaqla, özünü təkmilləşdirmə ilə məşğul olmalı idi.
Əsgərlər üçün nəzərdə tutulan ayaqyolularında tualet kağızı yoxuydu, onun orada olması heç nəzərdə tutulmurdu da. Təbii ki, əsgərlər orada qəzet kağızlarından istifadə edirdilər, əsgər ayaqyoluna evdən aldığı məktubla gedəsi deyildi ki.
Qərargah rəisinin köməkçisinin isə yeganə şərti vardı: “Bircə “Pravda olmasın! “Pravdaya əl dəyməyin uşaqlar.
Bu qaydaya riayət olunurdu, heç kim “Pravdanın bakirəliyinə toxunmurdu.
Amma bir gün kimsə qaranlıqda ehtiyatsızlıqdan ölkənin əsas qəzetinin baş məqaləsinin yarısını cırmışdı. Səhər qərargah rəisinin müavini bu münkirliyi aşkar etdi. “Quldurlar, – səhər düzülüşündə o bizi danlayırdı. – Mən axı xahiş etdim ki, tualetdə “Pravdadan istifadə etməyin.
Bu seriyadan birinci hekayə – “Marşrutka və Tbilisi mentaliteti – burdadır