Gələn mövsüm futbol üzrə Avropa Liqasının final oyununu Bakı qəbul edəcək
Avropa Futbol Assosiasiyasının (UEFA) İcra Komitəsi sentyabrın 20-də İsveçrənin Nyon şəhərində keçirilən iclasda Avropanın əhəmiyyətinə görə ikinci klublar arası fitbol turnirinin – Avropa Liqasının final oyununun keçiriləcəyi məkan olaraq Bakının namizədliyini təsdiqləyib.
Final oyunu 2019-cu il mayın 29-da 69870 tamaşaçı tutumlu Olimpia stadionunda keçiriləcək.
Bakı həmçinin əsas klublar arası futbol turnirinin – Çempionlar Liqasının final oyunun keçirilməsinə də namizəd idi, amma UEFA İcra Komitəsi Madridin yeni stadionu “Vanda Metropolitano”nu seçib. UEFA super-kuboku İstanbulda “Vodafone Arena” stadionunda baş tutacaq.
Bakının namizədliyi ən yaxşı olaraq on milli assosiasiya tərəfindən irəli sürülmüş 14 namizəd arasından seçilib.
Avropa Liqasının finalından bir il sonra, 2020-ci ildə Bakı futbol üzrə Avropa çempionatının dörd oyununa ev sahibliyi edəcək.
“Bütün bunlar turistlər, futbolsevərlər, hərəkət, pul, imkanlar deməkdir”, – Facebook istifadəçisi yazır.