Fətullah Gülən kimdir?
Türkiyədəki çevriliş cəhdində ittiham olunan Fətullah Gülən kimdir
İyulun 16-da Ərdoğan bəyan etdi ki, hərbi çevriliş cəhdinə Fətullah Gülən rəhbərlik edirdi.
“Türkiyə ucuz qiyamın arxasınca gedən və Pensilvaniyadan idarə olunan dövlətlərdən deyil, – FaceTime əlavəsi vasitəsiylə dövlət televiziyasında çıxış edən Ərdoğan bildirib
Pensilvaniya prezident Ərdoğanın qatı düşməni və Ərdoğandan sonra Türkiyədə ikinci ən nüfuzlu adam Fətullah Gülənin yaşayış yeridir.
Gülən kimdir?
. O, 1941-ci ildə Ərzurum yaxınlığında kürd ailəsində anadan olub.
. Gülən yazıçı və 12 yaşından moizə edən keçmiş imamdır. 1982-ci ildə onun ilk islam məktəbi açılır. Hazırda o, ABŞ-da, Pensilvaniyada yaşayır.
. Gülən bütün dünyada məktəb və universitetlər şəbəkəsi açır (160 ölkədə minə qədər məktəb).
. 2008-ci ildə beynəlxalq “Prospect və “Foreign Policy nəşrləri onu ən nüfuzlu intellektual adlandırır. “Time jurnalı onu “dünyanın 100 ən nüfuzlu adamı siyahısına daxil edir.
. Gülən və Ərdoğan bir vaxtlar dost və siyasi silahdaş olublar. 1999-cu ildə onların münasibətləri pozulur. Gülən ABŞ-a müalicəyə yollanır və Türkiyəyə qayıtmır.
. Bundan sonra Ərdoğan Gülən və onun tərəfdarlarını təqib etməyə başlayır.
Gülən tək Türkiyədə yox, həm də xaricdə milyonlarla tərəfdarı olan “Hizmet hərəkatına başçılıq edir. Onun ideyalarının tərəfdarları . . . .
. Türkiyənin hüquq-mühafizə orqanları, ordu və digər dövlət qurumlarında da var. Öz çıxışlarından birində Ərdoğan onları “dövlət içində dövlət adlandırdı.
. 2000-ci ildə Gülənə qarşı cinayət işi açılır, iş sübutlar az olduğuna görə bağlanır.
. Son iki il ərzində Ərdoğanla Gülən arasındakı qarşıdurma xüsusiylə gərginləşdi. Ərdoğan dəfələrlə Gülən və onun “Hizmet təşkilatının çevriliş etmək və hakimiyyəti ələ keçirmək cəhdini planlaşdırdığını təkrar edib.
. Gülən həm də 2013-cü ildə Ərdoğan hakimiyyətinin korrupsiya ilə bağlı qalmaqalını təhrik etməkdə günahlandırılırdı.
. 2014-cü ildə məhkəmə Gülənin həbsi barədə əmr çıxarır. Türkiyə tərəfi İnterpoldan Güləni “qırmızı sirkulyar üzrə axtarmağı tələb edirdi, İnterpol bu tələbi nəzərə almadı.
. 2016-cı ilin mart ayında Ərdoğan Güləri Türkiyənin kürdlərin məskunlaşdığı cənub-şərqi regionunda iğtişaşların təşkilində ittiham etdi.
. 2016-cı ilin aprel ayında Türkiyə polisi Gülənlə əlaqədə şübhəli bilinən 90 nəfəri həbs etdi. May ayında İzmirdə eyni ittihamla daha 29 nəfər tutuldu.
. Hər iki halda Ərdoğan Gülənin “paralel dövlət qurmaq istədiyini bəyan etdi.
. Gülənin həqiqətən də dövləti idarə etmək istəyinin olub-olmadığını demək çətindir. O, heç vaxt hakimiyyətə gəlmək istəyini açıq şəkildə bəyan etməyib. Əksinə, həmişə bu təxminləri rədd edib.
. Türk ekspertlərinin bir hissəsi Güləni qurban hesab edir və çoxsaylı problemlərini bununla bağlayır.
. Gülənin bir neçə xroniki xəstəliyi və səhhəti ilə bağlı başqa problemləri var. O, nadir hallarda publika qarşısına çıxır və jurnalistlərlə demək olar ki, danışmır.
. Gülən dini ekstremizm və İslamın siyasiləşdirilməsinə qarşı çıxır. O. ənənəvi türk islamını təbliğ edir, onu şəfqət və sosial dəstək dini kimi nəzərdən keçirir.
. O, digər konfessiyalar və fərqli düşüncə tərzi olan insanlarla dialoqun tərəfdarıdır.
. O, Türkiyənin gələcəyi, müasir dünya və İslamda onun rolu barədə müzakirələrə fəal şəkildə cəlb olunub. Gülən çıxış yolunu təhsil almaqda və şəxsi inkişafda görür.
. Gülən kimya, riyaziyyat və fizikanın öyrənilməsini “savab iş sayır.
. Türkiyədə Gülənin məktəbləri ən yaxşı məktəblər hesab olunur. Burada adətən müasir bahalı avadanlıq, hər iki cinsdən olan şagirdlərə bərabər münasibət var, birinci sinifdən ingilis dili öyrənilir.
. Gülən “İslam və “demokratiya anlayışlarının bir-birini istisna etmədiyini hesab edir.
. Gülən qadınlarla kişilər arasında bərabərliyin tərəfdarıdır, bununla belə hesab edir ki, “kişilərə qarşı nifrət dolu Qərb şəkilli feminizm bütün digər radikal axınlar kimi uğursuzluğa düçar olacaq.