Futbolda hər şey mümkündür
Tbilisi 2015
İdman, xüsusən də futbol öz gözlənilməz hadisələri ilə fərqlənir. Çempionlar Liqası da öz növbəsində bu gözlənilməzliyin böyük hissəsini təmin edir. Böyük və kiçik komandalar dəfələrlə bu turnir çərçivəsində fantastika janrına aid edilə biləcək futbol tarixləri yaradıb. Çox güman ki, martın 8-də baş tutan «Barselona» – PSJ qarşıdurması kateqoriyasında ən qeyri-adi qarşıdurma kimi qalacaq.
Bu cür düşünmək üçün əsaslı səbəb var. Hələ heç bir klub Avropanın əsas klub birinciliyinin iki oyun qarşıdurmasından növbəti tura ilk görüşdən sonra 4 top uduzaraq keçməyib. Buna məhz «Barselona» nail ola bildi.
PSJ-nin bir neçə həftə əvvəl Parisdə baş tutan oyun zamanı 4:0 hesabı ilə məğlubiyyəti sanki yaxşı düşünülmüş film süjetinə bənzəyirdi. Çoxları, hətta Kataloniya klubunun ən vəfalı fanatları belə ümidlərini itirmişdilər ki, Çempionlar Liqası kubokunu 5 dəfə qazanan klub, birinciliyin ¼ finalına keçə biləcək.
6:1 hesabı ilə məğlubiyyətə görə bütün məsuliyyət heç də hakim heyəti deyil, Fransa klubunun oyunçularının üzərindədir. Düzdür, müəyyən məqamlarda arbitrlər şübhə doğuran və birmənalı olmayan qərarlar qəbul edirdilər. Bununla belə, Unai Emerinin oyunçuları meydana 4 top üstünlüyünü qorumaq və ən yaxşı halda qarşılarına çıxan iki-üç imkandan birindən istifadə etmək üçün çıxdılar.
Buna hücum xəttinin aparıcı oyunçusu olan Cavanni nail oldu. Amma dahi klublar yaxşı klublardan məhz onunla fərqlənir ki, onlar hətta hamının ümidi itəndən sonra cavab verməyi bacarırlar. «Barselona»da həmin axşam reanimasiyanın katalizatoru rolunda Neymar çıxış etdi.
O, ümidini itirmədi. Əvvəl cərimə meydançasından, bir neçə dəqiqə sonra isə 11 metrlikdən hesabı dönüş 5:1 hesabına çatdırdı. Əslində, Robertonun vurduğu son, qələbə qolunun ötürməsi də braziliyalıya aiddir. 6:1 və Barselona növbəti dramatik bir tarix yaradır və Uelsin paytaxtında “Millenium” stadionunda baş tutacaq Çempionlar Liqasının finalına yolunu davam elətdirir.
«Barselona»nın fanatları razılaşar ki, bu qələbə 2000-2001-ci illlərdə Valensiyaya qarşı La-Liganın oyunundan daha baxımlı idi, bu vaxt “Nou Kamp” stadionunda sonuncu 38-ci turda Rivaldonun fantastik het-triki sayəsində komanda 3:2 hesabı ilə qələbə çaldı və kataloniyalıları İspaniya birinciliyində 4-cü yerə çıxardı və beləliklə də özünə Çempionlar Liqasına yol açdı.
Bu cür qələbələrdən sonra komandalar həqiqətən də finala çıxmağa layiq olur, amma bundan əvvəl onları uzun bir yol gözləyir. «Barselona» ilə birlikdə ¼ finala həm də “Real Madrid”, “Bavariya” və “Borussiya” çıxıb. Qalan 4 komanda gələn həftə müəyyən olunacaq.
Arayış: Comeback – “qayıtmaq” mənasını verən futbol terminidir. Uduzan komandanın qələbə çalmağa nail olduğu vaxt istifadə olunur.
«Barselona»nı həm də “klubdan daha artıq” adlandırırlar. Katalon dilində bu ifadə “Mes que en club” kimi səslənir, bu da klubun sloqanıdır.