Futbol qarşıdurması – oyun meydançasından kənardа
Ermənistanın futbol yığması ətrafında yaranan vəziyyət heç vaxt bu dərəcədə gərgin olmamışdı, baxmayaraq ki, əvvəllər də uğursuzluqları olub. İndiyə qədər federasiya bütün uğursuzluqlarının günahını oyunçuların boynuna qoymağa çalışmamışdı, onlar da öz növbəsində, əvvəllər heç vaxt federasiyanın prezidentinə qarşı müxalifətdə olmağa “cürət etməyib. Bəs onda bizim yığmamız və onun ətrafında nə baş verib və verməkdədir?
Ermənistan milli yığmasının EVRO-2016-nın seçim turunda məğlub olacağı hələ 2014-cü ildə start oyunları zamanı aydın oldu. Erməni fanatlatı sürətli, hücumçu və ən əsası sədaqətli oyun görmədilər.
Ermənistan yığmasının yeni baş məşqçisi hansısa yeni taktiki həllər tapmağa çalışan Bernar Şalandıydı. Bununla belə bir məğlubiyyət digərini əvəz etdi. Futbol Federasiyasının prezidenti Ruben Hayrapetyan onda, 2014-cü ildə Şalandla əməkdaşlığın davam edəcəyini bildirdi.
Bir neçə ay keçmiş Albaniya ilə oyunda məğlubiyyətdən sonra isveçrəli istefa verdi. Onu əvəzləyən Sarkis Ovsepyan da erməni komandasına kömək edə bilmədi. Nəticədə erməni yığması 8 məğlubiyyət və 2 heç-heçə etdi.
Təbii ki, belə bir nəticə və Ermənistan yığmasının növbəti dəfə Avropa çempionatının seçmə turundakı uğursuzluğu fanatları razı sala bilməzdi. Uzun fasilədən sonra Fransa ilə dostluq oyunu zamanı fanatlar yenidən öz oyunçularını fitə basdı. İrəvanda Danimarka ilə oyun vaxtı “Birinci erməni cəbhəsi Fanat Hərəkatı futbolçuları “özünə gəlməyə, “ayılmağa çağıraraq, yığmanın bütün məğlubiyyətlərinin qeyd olunduğu plakatları qaldırdılar. Bir neçə gün sonra isə albanlarla oyun zamanı fanatlar “məşqçini tələb etdilər.
Bundan sonra FAF mətbuat konfransında çıxış edərək, Ermənistan Futbol Federasiyasının qarşısında üç tələb qoydu:
1. Yığmaya xarici, yüksək ixtisaslı və xarizmatik baş məşqçi dəvət etmək,
2. Futbolun tələbləriylə bağlı olmayan səbəblər üzündən futbolçulardan imtina edilməsi hallarına son qoymaq
3. biletlərin qiymətini azaltmaq.
Tələblər cavabsız qaldı, FAF isə etiraz aksiyası, Ermənistanın Futbol Assosiyasiyasının yerləşdiyi binaya yürüş təşkil etdi. Burada onları bağlı qapılar və polis gözləyirdi. Nəticədə daha bir tələb əlavə olundu: federasiyanın prezidenti Hayrapetyanın və icraiyyə komitəsinin istefası. /https://www.youtube.com/watch?v=E4y1g8SjKXQ/
Federasiya FAF-ın ikinci etiraz aksiyasını da iqnor etdi, fanatlarsa bildirdilər ki, istədiklərinə nail olana qədər mübarizəni davam etdirəcəklər.
İki aylıq susqunluqdan sonra Federasiya nəhayət baş verənlərə reaksiya verdi. Ruben Hayrapetyan jurnalistlərlə görüş zamanı baş verənləri şərh etmək və bütün futbol sevərləri narahat edən suallara cavab vermək qərarına gəldi.
Amma gözləniləndən daha çox şeyin üstü açıldı və etiraflar edildi. Məlum oldu ki, o yığmanın bir neçə üzvünün “satqın olduğuna şübhələnir. Söhbət başı bəlalı Ermənistan-Albaniya oyunundan gedirdi ki, bu zaman erməni futbolçuları öz meydanlarında rüsvayçılıqla AVRO-2016-nı başa vurdular.
“Xəyanətin kökünü kəsmək lazımdır. Albaniya ilə oyun bizim üçün məğlubiyyət və böyük faciə oldu. Günahkarları ifşa etmək lazımdır, əks halda biz heç nəyə nail olmayacağıq, – o acıqla dedi.
Zəif oyunu Hayrapetyan futbolçuların təkəbbürü, oynamaq istəməməsi və böyük nailiyyətlərə can atmaması ilə izah etdi.
Milli yığmanın futbolçuları Hayrapetyanın sözlərini cavabsız qoymadılar. 9 oyunçu baş verənlərlə bağlı öz versiyalarını irəli sürdülər. Onlar Albaniya ilə oyuna aid olan bütün ittihamları rədd edərək bildirdilər ki, bir-birlərinə etibar edirlər və komandada satqın axtarışı heç bir nəticə verməyəcək.
“Yığmanın tərkibində oynadığımız üç il ərzində biz həmişə sonuna qədər ona sadiq olmuşuq və hər şeyi komandanın maraqlarından çıxış edərək etmişik. Komandamızda həmişə dostluq və yekdillik ab-havası olub. Biz bir ailə kimiyik və futbolçular arasında əvvəlki kimi isti və mehriban münasibətlər var, – deyə futbolçular bildirdilər.
Ruben Hayrapetyanın sözlərindən sonra ancaq bir fanat hərəkatı “Red Eagles bildirdi ki, “futbol rüsvayçılığına görə heç kim cavab vermədi. Onlar Ermənistanın Futbol Federasiyasının prezidenti ilə görüşmək istədiklərini bildirdilər.
Tezliklə Hayrapetyanla görüş baş tutdu. Məhz bu görüşdə federasiyanın prezidenti fanatların tələblərinə cavab verdi:
1. Federasiya növbəti dəfə “Nantın məşqçisi Mişel Ter-Zakaryana müraciət edəcək ki, o milli yığmaya başçılıq etsin
2. Federasiya xaricdə oynayan David Yurçenko ilə danışıqları davam etdirəcək, çünki komandamızın qapı müdafiəsiylə bağlı ciddi problemləri var
3. Bilet qiymətlərinin aşağı salınması məsələsi müzakirə olunur, növbəti tura qədər bu problem həll olunacaq
4. Hayrapetyan ancaq komanda 2018-ci il futbol üzrə dünya çempionatının seçim turunda məğlub olacağı halda istefa verəcək.
Münasibətlərin tez bir zamanda aydınlaşması yığmanın ancaq xeyrinə olacaq və fikrini 2018-ci il Dünya çempionatının seçmə oyunlarına yönəltməyə kömək edəcək.
Foto: EFF, Gevorg Kazaryan, Armine Martirosyan