Futbol allahı “Bəsdir!” dedi
Avropa çempionatı başlayana qədər kimsə Portuqaliya yığmasının adını favoritlərin sırasında çəksə də, ancaq onun futboldakı xidmətlərinə görə bunu edirdi. Onun bu xidmətlərindən biri olan Kriştianu Ronaldu hələ cavan və güclüdür. Ronaldudan yaxşı isə ancaq Messi ola bilər.
Öz yığması ilə heç bir qələbə qazana bilməyən Argentina brilyantı sonuncu, Argentinanın finalda, oyundan sonra penaltilər seriyasında Çiliyə uduzduğu qitə Olimpini qazanmaq cəhdindən sonra yığmada daha iştirak etməyəcəyini bəyan etdi.
Maskerano, Aquera və de Mariya kimi tərəfdaşları olan Messidə də bu alınmayandan sonra, Ronaldudan nə gözləyəsən axı. Hər halda Avropa çempionatına qədər belə düşünmək olardı. Buna görə də Portuqaliya ancaq geniş namizədlər siyasında favoritlərdən biri olmağa ümid edə bilərdi.
Belə görünür ki, titul və mükafatlar paylayan futbol allahı bir az qorxuya düşdü. Messi fikrində bu dərəcədə qəti olmasaydı (axı bütün Argentina elə bu gün də onun qayıtması üçün qarşısında dizi üstə çöküb yalvarsa da, Messi sözündən dönmür), çətin ki, Portuqaliya yığmasının bəxti gətirərdi. Amma hardasa yuxarıda yəqin düşündülər ki, futbol sarsıntıları limiti tükənib. Və o dərəcədə tükənib ki, heç yoxlamağa da həvəs yoxdur.
Bircə o çatmırdı ki, Kriştianu da özünün meqaulduzluq uğrunda daimi rəqibinin arxasınca gözünün qorasını sıxıb, qapını çırpıb gedəydi.
Amma elə belə rahatca, heç bir intriqa olmadan ancaq Ronalduya görə portuqaliyalılara heç kim mükafatı verməyə hazırlaşmırdı. “Siz, uşaqlar, oyayın, biz də baxarıq.
Portuqaliyalılar da özlərini layiqincə göstərdilər, çempionatda hamıdan çox əziyyət çəkdilər.
İndi bütün estetlər donquldaana bilər: “Bu necə çempiondur ki, turnirdə ancaq altı oyundan birini əsas vaxtda uddu.
Onda qoy başqaları eyni şeyi etməyə cəhd göstərsinlər: bayraqdakı üçüncü yerdən pley-offa keçmək. Sonra da əlavə vaxtın son dəqiqələrində gözəl Xorvatiya yığmasını nokauta göndərmək. Bundan sonra da polyaklarla penaltidə qalib gəlmək, yarımfinalda Uelsi sındırmaq, finalın ilk dəqiqələrində isə travmaya görə Ronaldusuz qalmaq.
Kriştianu göz yaşları ilə meydanı tərk edən zaman əminəm ki, Fransa “Qələbə bizimdir, – deyə dərindən ah çəkdi. Amma mənə elə gəlir ki, məhz bu hadisə bütün oyunu alt-üst etdi.
Nə qədər qəribə səslənsə də məhz danılmaz üstünlükləri olan Ronaldu Portuqaliya yığmasına həqiqətən də gözəl komanda olmağa mane olurdu. Buna qədər onun oyunçuları (və tək bu turnirdə deyil) sanki nəticəyə görə bütün məsuliyyəti öz üzərlərindən atırdılar, Kriştianunun yorğanı öz üstünə çəkmək haqqını əlindən almağa çalışmırdılar belə. Və bu deyəsən, onun xoşuna gəlirdi.
Amma Ronaldunun ulduzu böyüdükcə, portuqaliyalıların istənilən turnirdə qalib gəlmək şansı da azalırdı. Yeri gəlmişkən, Argentina yığmasında da eyni vəziyyət idi.
Əlbəttə ki, iki dünya miqyaslı ulduzun olması hamının diqqətini Argentina və Portuqaliyaya çəkirdi, amma bu zaman da yığmalar çempion olmaq şansını itirirdilər. Çünki hər dəfə həm Argentina, həm də Portuqaliya yığmalarının məşqçiləri ictimai fikrin təzyiqi altında öz komandalarını öz ulduzlarına uyğunlaşdırmağa çalışırdılar. Məntiqsə bunun tam əksini etməli olduqlarını deyir.
Axı futbol bir aktyorun deyil, kollektivin oyunudur. Belə yanaşma ilə bir-iki oyunu udmaq olar, çempionatı yox. Elə müşahidə etdiyimiz kimi.
Bekləliklə də Ronaldu zədə alandan sonra artıq heç kim yorğanı öz üstünə çəkə bilmədi və biz Portuqaliya yığmasının həqiqətən də komanda, özü də əla komanda olduğunu gördük.
O, bu qələbəyə layiq idi. Fransızlar haqqında isə bunu demək olmaz. Onlar finalda son anda portuqaliyalıların döndüyü yolla getdilər. Finalda Fransa bu çempionatda meqaulduz statusuna qədər qaldırılan Antuan Qrizmanna ümid edərək, komandalıqdan çıxdı. Təklikdə isə bu cür turnurlərdə qalib gəlmək artıq mümkün deyil.
Xülasə, Portuqaliya çempiondur!
Dərc edilib 12.07.2016