ABŞ prezidenti Donald Tramp Federal Tədqiqatlar Bürosunun direktoru Ceyms Komini işdən azad edib. O, özünün işdən çıxarılması barədə məlumatı televiziya xəbərlərindən öyrənib. FTB rəhbərinə məktubunda prezident bildirib ki, onun bu quruma effektiv rəhbərlik etmək bacarığına şübhə ilə yanaşır.
Trampın gözlənilməz qərarı ABŞ-da böyük siyasi qalmaqala səbəb oldu. Əsas problem ondan ibarətdir ki, məhz Komi Trampın seçkiqabağı qərargahının Rusiya xüsusi xidmət orqanları ilə mümkün əlaqələrinin istintaqına rəhbərlik edirdi. Trampın rəqibləri bildirir ki, Rusiya prezidenti Vladimir Putin düşünürdü ki, Trampın prezident seçkilərində qələbəsi onun üçün Hillari Klintonun qələbəsindən daha faydalı olacaq.
Müşahidəçilər Amerika tarixindən analoji epizodu xatırlayırlar. 1973-cü ildə prezident Nikson ona qarşı istintaqa rəhbərlik edən prokuror Arçibald Koksu işdən azad etmişdi. 1 il sonra Nikson impiçmentə məruz qaldı və postunu tərk etməli oldu.