Fransua Fiyon: Gürcüstan və Ukrayna Aİ və NATO-ya daxil olmağa hazır deyil
Paylaşmaq
Paylaşmaq
Fransanın keçmiş baş naziri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Fransua Fiyon yanvarın 22-də Le Monde qəzetinə müsahibəsində Ukrayna və Gürcüstanın Aİ və NATO-ya daxil olması perspektivi ilə bağlı bəyanat səsləndirib. Bu bəyanat Rusiya, Ukrayna və Gürcüstan mediasında böyük rezonans doğurub. Sorğu nəticələrinə görə, Fiyon bu ilin aprelində baş tutacaq prezident seçkilərində ən çox şansa malik namizəddir.
JAMnews Fransua Fionun müsahibəsindən bu məsələ ilə bağlı sitatı olduğu kimi təqdim edir.
“Sual: Biz Putinə etibar edə bilərik?
Fransua Fiyon: Bəs biz Qərbə etibar edə bilərik? Qərb nə vaxtsa Rusiyanı Liviyada, Kosovda, Aİ ilə iqtisadi tərəfdaşlıqda yarı yolda qoyub? Rusiya çox şeyə görə məsuliyyət daşıyır, amma tək yox. Gürcüstan və Ukraynanın NATO-da olmasını istəyənlərin məsuliyyətsiz fikirlərini sizə xatırlatmaq istərdim.
Sual: Hesab edirsiz ki, bu ölkələr “Brejnev doktrinasına” görə məhdud suverenliyə sahib olmalıdı?
Fransua Fiyon: Yox, biz etiraf etməliyik ki, Ukrayna və Gürcüstan Aİ və NATO-ya daxil olmağa hazır deyil. ABŞ-a [həmçinin] öz sərhədlərində aqressiv dövlətlər lazım deyil. Hesab edirəm ki, biz çox səhvlər buraxmışıq və müşahidələrimə görə Rusiya uzaqlaşır. Biz Rusiyanı daha məntiqli mövqeyə gətirə bilərikmi? Bilmirəm. Amma biz buna mütləq cəhd etməliyik”.
Rusiya KİV-lərinin bir qisminin yozumuna görə, Fransua Fiyon bildirib ki, Ukrayna və Gürcüstan Aİ və NATO-ya daxil olmağa yaramır.