Fransada prezident seçkilərinin birinci turunda ən çox səs toplayanlar Emmanuel Makron (23,86 faiz) və Marin Le Pen (21,43 faiz) olub. Mayın 7-də bvaş tutacaq ikinci turda onlardan biri Fransa dövlətinin başına keçəcək.
Sosioloji proqnozlara əsasən bu cütlük arasında ikinci turda Emmanuel Makron 68 faizin 32 faizə nisbətində qalibdir.
Xatırladaq ki, Emmanuel Makron keçmiş iqtisadiyyat naziri, Fransa siyasətində mötədil mərkəzçi qüvvənin nümayəndəsidir. “Milli Cəbhənin” lideri Le Pen qalib olacağı təqdirdə Fransanı immiqrantların üzünə bağlamağı və Avropa İttifaqı tərkibindən çıxmağı vəd edib.