Fransa Respublikasının başçısı postuna dörd namizəd var – “Milli cəbhə”nin lideri Marin Le Pen, keçmiş baş nazir Fransua Fiyon, keçmiş iqtisadiyyat naziri Emmanuel Makron və “İtaətsiz Fransa” hərəkatının lideri Jan-Lük Melanşon.
Le Pen ultramilli və populst proqram: miqrasiyaya qarşı sərt tədbirlər, Avropa İttifaqından çıxmağı
Fiyon mühafizəkar sağ proqram: dövlət xərclərinin kəskin şəkildə azaldılmasını (60 milyard avroya),
Makron mərkəzçi: Avropa İttifaqında üzvlüyünü vergi yükünün azaldılması şərtiylə saxlamağı
Melanşon radikal sol proqram təklif edir: onun əsas hədəfləri ABŞ və Almaniya kansleri Merkeldir.
Sosial proqnozların nəticələrinə görə, seçkilərin birinci turunda namizədlərdən hər biri 20 faizdən bir az çox səs toplayır. İkinci tura keçməyə ən real namizədlər Marin Le Pen və Emmanuel Makrondur. İkincinin qələbə çalmaq şanslarının daha çox olduğu ehtimal olunur. Bununla belə, fransalıların təxminən üçdə biri son qərarını müəyyənləşdirmədiyini bildirirlər.
Seçkiqabağı kampaniya çoxsaylı qalmaqallarla müşayiət olunub. Fransua Fiyonun milyonlarla büdcə vəsaitini öz ailəsinin üzvlərinin saxta işlərinin ödənilməsinə xərclədiyi üzə çıxıb. Marin Le Pen Rusiya bankından 9 milyon avro həcmində çox şübhəli kreditin alınmasında ifşa olunub.
Rusiya və prezident Putinə münasibət məsələsi bu səçkilərdə ən vacib məsələlərdən biridir. Dörd namizəddən yalnız bir nəfərin (Emmanuel Makronun) Rusiya liderinə simpatiya göstərmədiyi bildirilir.