Evdən çıxıb, gül açan ağacların arasından keçirsən, ya da dərhal körpünün üstünə çıxırsan, yanında da kiçik qayıqlar var, dəniz dalğalanır. Bütün bunlar da qışın ortasında, heç bir dənizi olmayan Yerevandadır. Bu, xüsusi effektləri olan kompüter oyunu deyil. Bu təəssürat yerevanlı rəssamlar tərəfindən bəzədilmiş tağların sayəsində yaranır.
2015-ci ildə Yerevan meriyası paytaxtın inkişaf proqramı üzrə yaşayış evlərinin həyətlərinin və tağların abadlaşdırılması və bəzədilməsini planlaşdırıb. Nəticədə 110 həyəti yerli sakinlər üçün rəsm əsərləri bəzəyib, yeni küçə incəsənəti növü yaranıb.
Şəhərin mərkəzi hissəsindən başlayıblar. İlk işlər Abovyan, Amiranyan, Nalbandyan küçələrində görülüb.
Bu il isə “küçə rəssamlığı” şəhərin qıraqlarına qədər gedib çıxdı. Yerevanda 300 tağ var, amma şəhər hakimiyyəti bəzədilmək üçün 130 tağı münasib gördü. Yerevanın simvolu sayılan tufdan olan tağlar bəzədilməyəcək.
Şəkil çəkməkdən əvvəl tağı təmir edirlər, sonra da Yerevanın baş dizayneri rəssamlar tərəfindən təqdim olunan eskizlərin arasından konkret tağlar üçün ən yaxşı variantları seçir.
Birinci mərhələdə proqramda ancaq gənc rəssamlar, tələbələr iştirak edib. Sonradan onlara daha yaşlı rəssamlar da qoşulub. Onların rəsmlərinin sayəsində Yerevan yeni kolorit və başqa paytaxtlardan fərqlənmək imkanı əldə edib.