Bakıda “Formula-1 yarışları 17 iyundan 19 iyuna qədər keçiriləcək. Bakılılar üçün bu, nə deməkdir?
Yeni asfalt və bulvar boyu tribunaların tikintisi.
“Formula başlamazdan yarım il əvvəl bulvarın bağlanacağı və ora ancaq bileti göstərməklə girməyin mümkün olması barədə yaranan şayiələr.
Şəhərin yarışın keçiriləcəyi hissələrinə girişi çəpərləyən dəmir torlar. Piyadalar uzaqdan bir-birinə əl edərək, çəpərin bu və ya digər tərəfdən ötüb keçməyin mümkün olub-olmadığına işarə edirlər.
Şəhərin bəzi mərkəzi məhəllələrinə girmək ancaq pasport təqdim etməklə mümkündür. Başqa yerdə yaşayırsan? Get evinə. “Formula-1in başlanmasından 4 gün əvvəlcədən bağlanan mərkəzi yollar. Hakimiyyətin bir həftə ərzində avtomobildən istifadə etməməklə bağlı nəzakətli xahişi.
“Facebookda yeni gülməli şəkillər və istehzalı statuslar.
Və nəhayət ölkə vətəndaşları üçün xoş bir imkan – turistlər üçün biletin qiyməti 340 manatdan başladığı halda, 140 manata ($90) ucuz bilet almaq imkanı!