Formula-1 üzrə Azərbaycan Qran-prisinin nəticələri gözlənilməz oldu
Paylaşmaq
Paylaşmaq
İyunun 25-də Bakıda Formula-1 avtomobil yarışı üzrə dünya çempionatının səkkizinci mərhələsi – Azərbaycan Qran-prisinin finalı baş tutub. Onuncu start götürən Red Bull-u təmsil edən avstriyalı Daniel Rikkardo finişə birinci gəlib. Gümüş medal Mercedes komandasının pilotu fin Baltteri Bottasa qalıb. O, ilk dövrədə qəzaya uğrayıb, amma yekunda 20-ci mövqedən 2-ə sıçraya bilib. 3-cü yeri çempionatın debütçüsü “Uilyams” komandasından olan 18 yaşlı kanadalı Lens Stroll tutub və yarışma tarixində podiuma yüksələn ən gənc debütçü olub.
Mərhələ qalibi Rikkardo 208 km/saat orta sürət nümayiş etdirib.
Çempionatın liderləri – Lyuis Hemilton və Sebastyan Fettel üçlüyə düşə bilməyib. Keçmiş dünya çempionu, britaniyalı Hemilton startda birinci olub, amma bolidin korpusundakı texniki problemlər üzündən liderliyi əldən verib. Digər keçmiş çempion Fettel isə Hemiltonla toqquşduğuna görə 10 saniyəlik stop & go cəriməsi alıb.
Yarışma Bakının mərkəzi küçələrində, o cümlədən də İçərişəhərdə keçirilib. Dövrənin uzunluğu altı kilometrdən bir qədər artıq olub, maşınlar saat əqrəbinin əksinə hərəkət edib. Pilotların çoxu məhz İçərişəhərə tərəfə olan döngəni trasın ən çətin hissəsi adlandırıb. “Küçənin bu hissəsi çox mürəkkəbdir və pilot heç bir səhvə yol verə bilməz, heç olmamış kimi dəqiq olmaq lazımdır”, – final başlamazdan əvvəl mükafatçı Bottas Azərbaycan televiziyasının idman kanalına bildirib.
İlk yarışma Bakıda 2016-cı il iyunun 17-19-da uğurla keçirilib. O vaxt birincilik uğrunda iki pilotla təmsil olunan 11 komanda mübarizə aparırdı.
Tamaşaçılar maraqlı mübarizədən məmnun qalıblar. Sosial şəbəkələrdən bir neçə sitatı təqdim edirik:
“Düşünürəm ki, bugünkü Azərbaycan Qran-pri yarışması Formula-1 tarixinə ən gözlənilməz, ağlasığmaz, dramatik və super maraqlı olması ilə daxil oldu”.
“Bu, nəinki maraqsız yarışma deyil, bu, əsl “dəlixanadır”. Maşınların qırıqlarını trasdan yığışdırmağa imkan tapmırlar, təhlükəsizlik maşını dörd dəfə gəlir. Beş nəfər qəzaya görə sıradan sıxıb. Beləsini heç vaxt görməmişəm: pilotlar bir-birinə yumruq yelləyir… bütün maşınlar təmir üçün pit-leynə çağırılıb, onların cəmi 10 dəqiqəsi var. Bax buna deyərəm şou! Pilotlar Bakıdakı bu günü hələ uzun müddət xatırlayacaqlar!”
“Bukmeykerlərə yazığım gəlir. Onların heç bir proqnozu özünü doğrultmadı, yəqin ki, çoxları bu cür sensasiyalı nəticələr üzündən ziyana düşüb”.
Formula-1 mərhələlərinin Bakıda keçirilməsi ilə bağlı müqavilənin müddəti 2021-ci ilə qədərdir və gələcəkdə uzadıla bilər.
JAMnews müxbirinin hadisə yerindən fotoreportajını təqdim edirik: