“Bakı Luna-parkı həm böyüklər, həm də uşaqlar üçün əla istirahət zonasıdır – gözəl istirahət yerləri, park zonası, karusellər, “Amerika dərələri, “Monorels yol, “Vikinq, Gözətçi, “Stuker, “Glaxy, “Autodrom, “Qu quşu, “Səma, “Günəş, “Qatar, “Castello attraksionları. Luna-parkda yay kafeləri işləyir, burada milli yeməklər, alkoqolsuz içkilər, dondurma təklif edirlər. Burada Siz və əsasən də Sizin övladlarınız şəhərdən kənara çıxmadan yaxşıca istirahət edə bilərsiz.
Bu köhnə mətn saytlardan birində Bakı əyləncə mərkəzlərinin internet kataloqlarından birində ilişib qalıb. Əslində isə sadalanan attraksionlardan ancaq xarabalıq qalıb.
Açılış vaxtı, 2000-ci illərdə Luna-park yaxşıca reklam edilmişdir və əyləncə bazarında perspektivli yenilik sayılırdı. Sonra da məlum oldu ki, yer çox uğursuz seçilib – şəhərdən ancaq maşınla getmək mümkün olan kasıb şəhərətrafı qəsəbə.
Bundan başqa, orada tezliklə geniş miqyaslı tikinki başladı. Və biznes planlaşdırılmasının fəlakətli səhvini təcəssüm etdirən park xaraba qaldı.
Luna-parka giriş Darvaza ancaq gecələr bağlanır, düzdür, bunun bir mənası da yoxdur – çəpər alçaqdır, ondan tullanmaq çox asandır.
Attraksionların əksəriyyətindən ancaq onların adları qalıb və burada əvvəllər nəyin olduğunu az adam xatırlaya bilər.
Bakıda ilk attraksionlardan biri olan “Vikinq
“Dəvələrin yarışı. Dəvəni vurmaq lazımıydı ki, o qaçmağa başlasın. Kimin dəvəsi tez gəlsə o da keyfiyyətsiz Çin oyuncağı kimi kiçik bir mükafat alır
Saat yarım ərzində parkda bir adama belə rast gəlmədim, halbuki 2000-ci illərin əvvəllərində bu, Bakının ən populyar yerlərindən biri idi
Uşaqlar üçün “Vikinq – “Qaraquş attraksionu
Park təxminən manatın denominasiyası illərində boş qaldı
Bir vaxtlar burada uşaqlar elektroavtomobillərlə bir-birinə “girirdi
“Şeytan çarxı
Kimsə “kürəcikli evi həmişəlik bağladı, buna görə də onları belə böyük sayda saxlamaq mümkün olub
Bütün bu personajlar parkın müxtəlif hissələrində dururdu. İndi isə bir-birinin yanında dayanıblar