Facebook-un Azərbaycan seqmentində erməni soyadlı müğənninin ölkəyə gəlməsi qəzəb doğurub
Paylaşmaq
Paylaşmaq
Rusiyalı müğənni Zara Mqoyanın Bakıya mümkün səfəri Facebook-un Azərbaycan seqmentində artıq bir neçə gündür ki, bitmək bilməyən qalmaqal doğurub. Səbəb ondadır ki, Zara erməni soyadı daşıyır və “Mənim Ermənistanım” mahnısını oxuyur.
Sosial şəbəkədə Zaranın Azərbaycan əsilli rusiyalı müğənni, nəhəng iş adamının oğlu və Azərbaycan prezidentinin keçmiş kürəkəni Emin Ağalarov tərəfindən təşkil edilən “Jara” musiqi festivalına dəvət edildiyi haqda məlumat yayılıb. Festival 26-29 iyul aralığında davam edəcək.
Rusiya estrada müğənnilərinin iştirakı ilə keçirilən “Jara” musiqi festivalı Bakıda 2016-cı ildən təşkil olunur.
Buna qədər Bakıya erməni kökləri olan Filip Kirkorov və İrina Alleqrova gəlib. Belə hallarda gündəmdə müzakirə olunan məsələ qonağın davranışı və onun Qarabağ münaqişəsi ilə bağlı mövqeyi olur. Məsələn, müğənni Soso Pavliaşvili 2016-cı ildə Bakıda konsert proqramı ilə çıxış edəndə onun “Qarabağa getmişəm, yenə də gedəcəm” sözləri Azərbaycan ictimaiyyətini hiddətləndirmişdi. Bununla belə, konsert anşlaqla keçdi.
2011-ci ildə Dünya Çempionatına gələn erməni boksçuları isə sözün həqiqi mənasında daşa basmaq istəmişdilər.
Zara bu mənada arzu olunmayan qonaqdır, çünki onun Instagram-dakı statusları Ermənistanın mövqeyini dəstəklədiyini açıq-aşkar ortaya qoyur.
Facebook-dakı şərhlər hədsiz aqressivdən ironiyaya qədər dəyişir:
“Ayıb olsun erməni müğənnini Bakıya dəvət edənlərə də, onu bura buraxanlara da! Rüsvayçılıqdır!”
“Vətən xainləri, sizi lənətə gələsiz!”
“Məsələ onun erməni olmasında deyil, onun erməni soyqırımını dəstəkləməsindədir”
“Təşkilatçılara sualım var: əgər Bakıya hər hansı ermənini gətrimək məcburiyyəti varsa, niyə bu Kim Kardaşyan deyil?”
“Ən yaxşısı Serj Tankyan və SOAD qrupunu gətirin!”
“Belə çıxır ki, keşmiş kürəkən istəyirsə, onda bəzi ermənilər o qədər də erməni olmaya bilir. Belə adda-budda vətənpərvərlik”.
Zaranın müdafiəsinə səslənin əsas arqument onun milliyətcə erməni deyil, yezid olmasıdır (yezidlər kürdlərə aid etnokonfessional qrupdur). Hökumətyönlü 1news saytının məqaləsində məhz bu cür fikirlər yer alıb.