Avqustun 13-də “Ecofront” ictimai birliyinin fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin önündə “Haftoni meşə qətliamı”nın araşdırmasının nəticələri ilə bağlı suallarına cavab almaq üçün toplaşıblar.
Onlar qurumun vəzifəli şəxslərindən cavab tələb etsələr də, fəalları qəbul edən olmayıb.
“Ecofront”un üzvləri nazirliyin önündə musiqili şüar da səsləndiriblər.
2021-ci ilin iyul ayında “Ecofront” Lənkəranda etiraz aksiyası keçirmişdi. O zaman təşkilatının rəhbəri Cavid Qaranın bildirdiyinə görə, Lənkəran rayonunun Haftoni kəndinin yaxınlığında Qızılağac qoruğuna aid meşənin 45 hektar sahəsi “Beta” çay istehsalı şirkətinə icarəyə verilib. Bu sahədə artıq meşənin bir hissəsi qırılmışdı.
Aksiyadan bir müddət sonra ekologiya nazirliyi şirkətlə müqaviləyə xitam verildiyini bildirmişdi. Lakin görülən qanunsuz içlərə görə heç kim cəzalandırılmayıb.