“Eurovision”da Qarabağı necə bölürdülər
“Eurovision-2016 yarımfinalına bir neçə gün qalmış Azərbaycan mediası şadyanalıq edir – mahnı müsabiqəsində qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı qadağan edilib!
İş orasındadır ki, içində DQR-nın bayrağı da olan qadağan olunmuş simvolların olduğu sənəd Globe Arena və biletlərin satışı üzrə AXS agentliyinin saytlarında dərc olunub.
Daha sonra Avropa Yayım İttifaqı (EBU) bildirib ki, bu səhvdir və sənədi açıqlamaq istəmirdilər, müsabiqə üçün məhdudiyyətlərin daha konkret siyahısı isə bir qədər sonra dərc olunacaq. Bu mövzu mətbuatda geniş işıqlandırıldı və sosial şəbəkələrdə qızğın mübahisələrə səbəb oldu. İstifadəçilərdən biri yazdı: “Bu dəfə onlar dəqiq həmin bayrağı ora sürüb aparacaqlar.
Mayın 10-da baş tutan müsabiqənin yarım finalında Azərbaycanı təmsil edən Səmra Rəhimli və Ermənistanlı iştirakçı İveta Mukuçyan uğurla çıxış etdilər.
“Facebook istifadəçiləri qızları həvəslə müqayisə edir, mahnılarını və xarici görünüşlərini müzakirə edirdilər. Səmranın paltarını bəziləri həddən artıq açıq-saçıq saydı: “O, bədən rəngindədir, qız elə bil çılpaqdır. Amma əlbəttə ki, əsas sensasiya İveta Mukuçyanın kameralar qarşısında dalğalandırdığı DQR-in bayrağı oldu.
Azərbaycan mediası acıqlı başlıqlarla dolu idi:
“Yenə də DQR-in əskisini yellətdilər…
Ermənistanın nümayəndə heyəti “Eurovision-2016da təxribat törətdi
“Erməni ifaçısı “Eurovisiondan qovulmaq istəyir
“Eurovision təşkilatçıları da baş verənlərdən narazı qaldılar.
“Müsabiqənin baş prodüseri Sven Stojanoviş hadisəni şərh edərkən jurnalistlərə bildirdi ki, erməni iştirakçısı tərəfindən “DQRnın bayrağının gətirilməsi qeyri-qanunidir və bu pozuntu ilə bağlı Avropa Yayım Birliyi müvafiq araşdırma aparacaq, – sputnik.az yazır
“Biz canlı efirdə çox mübahisəli bir ərazinin bayrağının peyda olmasını “Eurovision mahnı müsabiqəsinin 1.2.2h qaydasının ciddi pozuntusu kimi qəbul edirik, bu qaydada deyilir ki, “şouda istənilən təşkilatların, idarələrin qabağa çəkilməsi, siyasi fikirlər, şirkət, brend, mal və xidmətlərin reklamı qadağandır, – Avropa Yayım Birliyinin bəyanatında deyilir.
Mətbuat konfransı zamanı İveta Mukuçyan qaydaların pozuntusu ilə bağlı sualı cavablandırarkən dedi ki, öz hisslərini sərbəst şəkildə ifadə etmək, həm də öz vətəni üçün sülh istəyir.
Sosial şəbəkələr də məsələdən kənarda qalmadılar. “Eurovision həmişə Azərbaycanda vətənpərvərlik ruhunu qaldırır, xüsusən də Qarabağ münaqişəsi “dondurulmuş münaqişədən ağrılı və aktual mövzuya çevriləndən sonra.
Ona görə də tez bir zamanda mahnıları unudub, geosiyasi mövzuya keçdilər.
“Erməni nümayəndə heyətinə ehtiyat truppası olaraq Azərbaycan nümayəndə heyətinə qatılmağı təklif edirəm, Azərbaycanın tərkibində olan daha bir muxtar vilayət kimi. Ax hər şey gec-tez öz yerinə qayıdır.
“Mən heç bir bayrağa qarşı deyiləm, amma Azərbaycanın tərkibində.
“Amma yenə də təşkilatçıların nəzərinə çatdırmaq lazımdır ki, bu qanunsuzdur və təxribatdır və gələn dəfə onların zaldan qovulmasını tələb etmək lazımdır.
Üz səhifənin fotosu: facebook.com/ArmeniaInEurovisionOfficial