Gözlənilən transfer baş tutub: Henri Mxitaryan Londonun “Arsenal” klubunun oyunçusu olub. Komandanın rəsmi saytı bu gün erməni futbolçunun 2016-ci ildən bəri oynadığı digər İngiltərə klubu “Mançester Yunayted”dən keçidi haqda məlumat yayıb.
Bu xəbəri Ermənistanın futbolsevərləri də səbrsizliklə gözləyirdi və yerli media bir neçə dəfə bu razılaşma haqda baş tutmuş fakt kimi də yazmışdı. Amma rəsmi məlumat bu gün yayıldı.
Foto “Arsenal” klubunun saytındandır
Foto “Arsenal” klubunun saytındandır
Komandanın baş məşqçisi “Arsen Venqer artıq çoxdan Henri Mxitaryana azarkeşlik edir və onu öz komandasına daxil etməkdən çox məmnundur”, – “Arsenal”ın saytı yazır.
Venqerin özü yeeni oyunçusu haqda bunları deyib: “Mxitaryan ya vinger, ya da yarım-müdafiəçi ola bilər, mən hesab edirəm ki, o, bir çox mövqelərdə çox yaxşı oynaya bilər. Bu da bizə ümumilikdə kömək olacaq, bu yaxşı gedişdir. O, tam təşəkküllü oyunçudur, şanslar yaradır, müdafiədə yaxşıdır.
Təcrübəsi olan oyunçulara sahib olmaq vacibdir, çünki bizim gənc oyunçulardan ibarət çox yaxşı qrupumuz var, amma biz bilirik ki, bu gün premyer-liqa üçün sadəcə onların hamısını bir yerdə toplamaq bu, yetərli deyil. Komandada təcrübə baqajı da olmalıdır və o da buna şərait yarattməş olacaq”.
Venqer Mxitaryanın sədaqətli oyunçu olduğunu da dəyərləndirir, o, bütün lazımı keyfiyyətlərə malikdir, futbolçunun bütün karyerası boyu vurduğu qolların sayı onu heyrətləndirir.
Ermənistanın idman şərhçiləri ötən gün Mxitaryanın həmişə Londonun “Arsenal” klubunu bəyəndiyini və onun nə zamansa bu komandanın oyunçusu olmaq istədiyini bildirmişdilər.
Mxitaryan “Arsenal”a “Mançester Yunayted” klubundan keçir və bu komandanın tərkibində futbolçu Avropa Liqası kuboku uğrunda yarışların, İngiltərə Liqasının, ölkə Super-kubokunun qalibi olub.