Gürcüstanla sərhəddə yerləşən “Bavra” gömrük məntəqəsi indən belə Avropa standartlarına uyğun işləyəcək. Avropa İttifaqının təmin etdiyi maliyyə vəsaiti hesabına yeni gömrük korpusu inşa edilib, nəqliyyat vasitələriniə xidmət sadələşdirilib, müasir avadanlıq quraşdırılıb: xüsusi skan qurğusu, elektron tərəzi. Gömrük işinə xüsusi təlim görmüş itlər də cəlb olunacaq.
Avropa İttifaqı və Avropa İnvestisiya Bankı Ermənistan-Gürcüstan sərhədinin modernləşdirilməsi layihəsinə 54 milyon avroya yaxın vəsait ayırıb. BMT İnkişaf Proqramı da maliyyələşdirmədə iştirak edir.
Gömrük məntəqəsinin açılışında Ermənistan prezidenti, Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri və BMT-nin Ermənistandakl daimi əlaqələndiricisi, o cümlədən də qonşu Gürcüstanın baş naziri iştirak edib.
“Yenilənmiş gömrük məntəqəsinin açılışı iqtisadi fəaliyyətin genişlənməsinə və turizmin inkişafına şərait yaradacaq”. – Avropa ttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Tyotr Svitalski deyib.
Səfir qeyd edib ki, bu gömrük məntəqəsinin modernləşdirilməsi düşünülmüş addımdır. Bu yol Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistanı Aİ ilə assosiasiya haqda saziş imzalamış Gürcüstanla birləşdirir: “Məhz buna görə də biz bu sərhəd keçidinin açıq və şəffaf olmasını məqsədyönlü hesab etdik ki, bununla da turizmin, iqtisadi əlaqələrin inkişafına təkan versin və digər məsələlərdə faydalı olsun”.
BMT-inin daimi əlaqələndiricisi Bredli Buzetto bildirib ki, Avropa İttifaqı layihənin maliyyələşdirilməsində səxavət nümayiş etdirib.
“Əgər siz turist və ya sərmayəçisinizsə, adətən məhz gömrük məntəqələri sizdə ölkənin açıqlığı haqda, işgüzar mühiti və biznes üçün yararlılığı haqda ilk təəssürat yaradır”, – o deyib.
Burada işə salınmış sadələşdirilmiş sistem insanların sərhəddə itirdiyi vaxta qənaət edir, ən müasir avadanlıq isə qaçaqmalçılıqla səmərəli mübarizə imkanı yaradır. Və indi artıq bu gömrük məntəqəsində yükdaşımaların həcmi artıb.