Ermənistanın baş naziri istefa veribс
Bu günkü hadisələrin saatbasaat xronologiyası
19:30
Çoxminlik uzun müddətli etiraz aksiyası məqsədinə nail oldu – Serj Sarqsyan istefa verdi. Bütün vilayətlərdə, o cümlədən də paytaxtda hərəkat tərəfdarları qələbəni bayram edir. Yerevanda Respublika meydanında növbəti mitinq başlayıb.
Məxməri inqilab baş tutdu. Ardınca nə olmalıdır?
Serj Sarqsyanın istefasından sonra Ermənistan baş nazirinin səlahiyyətlərini baş nazirin birinci müavini Karen Karapetyanın həyata keçirdiyi haqda məlumat daxil oldu.
Ermənistan Konstitusiyasının tələbinə görə, dövlət başçısının istefasından sonra Ermənistan parlamentinin fraksiyaları yeddi gün içində dövlət başçısı vəzifəsinə öz namizədini irəli sürməlidir. Baş nazir parlament deputatlarının səs çoxluğu ilə seçiləcək.
Hökumət nümayəndələri yeni hökumət formalaşana qədər səlahiyyətlərini davam etdirəcək.
Sosial şəbəkələrdə yazırlar:
Bilirsiz, indi Yerevan mağazalarında nə almaq mümkün deyil? Ermənistan bayrağı.
Ermənistan heç vaxt belə xoşbəxt olmayıb. Sevincdən və fərəhdən adamın ürəyi parçalanır!
Əzizlərim! Ermənistanda məxməri inqilab baş tutdu! Və biz buna hazır idik.
Supermarketlərdə şampan ehtiyatları bitir!
Serj bilsəydi ki, insanlar belə sevinəcək, çoxdan gedərdi.
16:15
Ermənistanın baş naziri Serj Sarqsyan istefa verdi.
O bəyan edib ki, Nikol Paşinyan haqlı idi, o isə səhv edib.
“Yaranmış vəziyyətdən bir neçə çıxış yolu var, amma mən bunlardan heç birinə getməyəcəm. Bu mənim üçün deyil. Mən baş nazir vəzifəsindən gedirəm.
Küçələrdəki hərəkat mənim rəhbərliyimə qarşıdır. Mən sizin tələbinizi yerinə yetirirəm.
Ölkəmizə sülh, harmoniya və məntiq”.
15:20
İndicə məlum oldu ki, Ermənistan baş nazirinin istefasını tələb edən deputatlar azadlığa buraxılıb. Etiraz iştirakçıları onları güllərə və şampan şüşələri ilə qarşılayıblar.
Hərəkat lideri Nikol Paşinyan baş nazirin müavini Karen Karapetyanla görüşdüyünü təsdiqləyib. Söhbətin təfərrüatını Yerevanın əsas meydanında ənənəvi axşam meydanında danışacağını vəd edib.
15:00
Serj Sarqsyanın istefasını tələb edən hərəkatın təşəbbüskarı olan deputat Nikol Paşinyanın harada saxlandığı məlum olub. JAMnews-un daha əvvəl xəbər verdiyi kimi polislər onu dünən baş nazir Serj Sarqsyanla görüşündən və onlar arasında alınmayan danışıqlardan sonra saxlamışdı.
Deputat Lena Nazaryan bildirib ki, Nikol Paşinyan Yerevanda daxlanılanlar üçün təcridxanada imiş. Buna qədər heç kim, hətta ailə üzvləri də saxlanılmış müxalifətçinin harada olduğunu bilmirdi.
Müxalifət bildirirdi ki, Nikol Paşinyanın və digər iki deputatın saxlanılması qanunsuzdur, çünki onların deputat toxunulmazlığı var.
Ədliyyə naziri David Harutunyan isə aydınlıq gətirib ki, deputat toxunulmazlığı olan şəxs cinayət yerində və ya cinayət törədəndən sonra saxlanıla bilər.
David Harutunyan deyib ki, dünən polis etiraz aksiyasının dayandırılması ilə bağlı qərar qəbul edib və bu haqda təşkilatçılar məlumatlandırılıb. Amma onların çağırışına məhəl qoyulmayıb və bu hərəkət cinatə kimi dəyərləndirilib. Bu, Paşinyanın və iki digər deputatın saxlanılması üçün əsas olub.
Bu gün saat 14:00-da parlamentdə Paşinyanın deputat toxunulmazlığının ləğvi ilə bağlı iclas keçirilməlidir. Yalnız bundan sonra ona qarşı cinayət işi qaldırıla bilər. “Yelk” fraksiyasının deputatı Lena Nazaryan bildirib ki, iclas təxirə salınıb , bu həm də prosesin ertələnməsi deməkdir.
13:10
Baş nazirin birinci müavini Karen Karapetyan Paşinyanın deputat toxunulmazlığının ləğvi ilə bağlı vəsatətini geri çəkməsi üçün Baş Prokurorluğa müraciət edib və bundan sonra vəziyyətdən çıxış yolu tapmaq üçün Paşinyanla görüşə gedib. Karapetyan xatırladıb ki, sabah, aprelin 24-də erməni xalqı 1915-ci il erməni soyğırımı qurbanlarını yad edəcək:
“Sabah çox önəmli gündür və mən hesab edirəm ki, nə qədər mürəkkəb problemlərimiz olsa da, nə qədər məyus olmağımızdan asılı olmayaraq və nə qədər problemlərimizin olmasına rəğmən bizim məntiqimizin, şüurumuzun oturub məntiqli həll yolu tapa bildiyimizi bütün dünyaya göstərməyimizə imkan verəcək”.
Cəmiyyət lidersiz də mübarizəni davam etdirir
Səhər tezdən Yerevanda və ölkə vilayətlərində minlərllə insan itaətsizlik aksiyası keçirillir, dövlət başçısı, baş nazir Serj Sarqsyanın istefası tələb edilir. İnsanlar yenə də küçələri kəsir, yürüş keçiri, “Addım at, Serji rəədd et” şüarını səsləndirirlər.
Vətəndaşlar paralel olaraq deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Zurabyanın və digər saxlanılanların azad edilməsini tələb edirlər.
Yürüşə ağ xalatlı həkimlər və Müdafiə Nazirliyinin sülhməramlı briqadasının hərbi geyimli hərbçiləri də qoşulub.
Aksiya iştirakçılarının sayı artmaqda davam edir. Dünənn axşam müxtəlif hesablamara görə, Respublika meydanındakı mitinqdə 100 mindən 150 min nəfərə qədər adam iştirak edib.
Hakimiyyət əmin edir ki, küçəyə çıxan insanlarla danışıqlara başlamaq istəyir
Serj Sarqsyan və onun istefasını tələb edən Nikol Paşinyan arasındakı dialoq mahiyyət etibarilə baş tutmasa da, hakimiyyət yenı də danışıqlara hazır olduğunu bildirir.
Deputat Lena Nazaryan bildirib ki, səhər parlamentin spikeri Ara Babloyanla görüşüb və danışıqlar masası arxasına oturmağı təklif edib.
“Cənad Babloyan bir şərt qoydu: danışıqlar zamanı küçə təzyiqi, yürüş və mitinq olmamalıdır, bunlar bitməlidir. Mən dedim ki, bizim danışıqlar üçün gündəmimiz eyni qalır – Serj Sarqsyanın istefası. Bundan başqa mən dedim ki, heç kim bizim hərəkatın adından bu çağırışla çıxış edə bilməz”.
Daxili proseslərin xarici təhdidləri
Müdafiə naziri Vigen Sarqsyan bildirib ki, rəqib Ermənistanda yaşanan daxili siyasi prosesləri izləyir.
Rəsmən yayılan videoda Qarabağ və Azərbaycan qüvvələrinin təmas xəttində yerdəyişmələrin, canlı qüvvə və hərbi texnikanın konsentrasiyasının getdiyi görünür.