Ermənistandan 400 minə yaxın adam mühacirət dib, seçicilərin sayısa 235 minədək artıb
Paylaşmaq
Paylaşmaq
2008-2017-ci illərdə Ermənistandan 400 min insan mühacirət edib və elə həmin dönəmdə seçicilərin sayı 235 min 503 nəfərədək artıb. KİV bu məlumatlar əsasında belə bir nəticəyə gəlib: bu illər ərzində Ermənistanı təkcə on səkkiz yaşınadək uşaqlar tərk edib.
Ermənistan mətbuatında hazırda ölkədə 2 milyon 564 min 334 seçicinin olması barədə yaxın günlərdə getmiş məlumat fəal surətdə müzakirə olunur. Halbuki MSX-nin son məlumatlarına görə, daimi rezidentlərin sayının 2 milyon 993 min 900 nəfərdir. Yəni əhalinin 85%-i elektorat təşkil edir, halbuki bütün dünyada səs hüququna təxminən 65% rezident malikdir.
Polis mətbuatda gedən bu məlumatlarla bağlı izahat verib: seçicilərin registri əhalinin dövlət registri əsasında tərtib edilir, əhalinin sayı barədə Milli Statistika Xidmətinin nəşr etdiyi siyahıyasa ölkədə bir ildən artıq olmayanlar barədə məlumat daxil deyil. Onlar da statistikaya əlavə olunarsa, rəqəmlər dəyişər.
“Əhalinin dövlət registrini və seçicilərin registrini aparan Ermənistan polisi səlahiyyətli orqan kimi öz şəxsi təşəbbüsü ilə müəyyən icmada qeydiyyatdan keçmiş, amma hazırda xaricdə olan vətəndaşları siyahıdan çıxara bilməz”, – rəsmi xəbərdə deyilir.
Vətəndaşları seçicilərin siyahısından çıxarmaq üçün xaricdə daimi yaşayanların öz yeni ünvanlarını Konsulluq xidmətinə təqdim etməsi lazımdır. Məlumatlar burdan XİN-ə, daha sonra isə polisə ötürüləcək.