Ermənistanda yeni mobil sürət qeydiyyatı kameraları tətbiq edilməyə başlayıb. Onlar yolun sürət aşılması riski olan hissələrinə nəzatət edəcək.
Bu cihazlar sürət limitini aşan avtomobilləri çəkib, qeyd edəcək. Kameraların yeri vaxtaşırı olaraq dəyişdiriləcək və onların yerləşməsi haqda sürücülər yalnız sürət limitini aşdıqları üçün cərimə ödəyərkən xəbər tutacaqlar.
Üstəlik mobil qeydiyyat cihazlarının şəkli və ya videosu olmadığı üçün sürücülərin onların zahiri görünüşü haqda təsəvvürü belə yoxdur.
Çoxları hesab edir ki, bu cihazlar əslində mövcud deyil, onlar haqda xəbərlər qayda pozan sürücülərin qarşısını almaq üçün yayılıb.
“Yol polisi mobil sürət qeydiyyatı kamerasının tətbiqi haqda rəsmi məlumat verib. Buradan belə nəticə çıxarmaq olar ki, cihaz bircə dənədir. Sürücülər öyrəşiblər ki, qeydiyyat cihazlarının qarşısında xəbərdarlıq nişanları quraşdırılır, bu halda isə nişan olmayacaq”, – “Sürücünün dostu” ictimai təşkilatının həmtəsisçisi David Pedanyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda “pul qazanmaq imkanı” olan çox sayda qeydiyyat cihazı quraşdırılıb. David Pedanyanın fikrincə, polis mobil qeydiyyat cihazlarını tətbiq etmək qərarına gəlibsə, deməli, əvvəlkilər effektiv deyil.
Hüquqşünaslar qeyd edirlər ki, sürücülərin görmə sahəsindən kənarda qalan qeydiyyat cihazları konstitusiya hüquqlarını pozur. Bu cihazlar polis avtomobilində yox, “adi” avtomobillərdə quraşdırılacaq, bu da onların sözlərinə görə, qanun pozuntusudur.
“Məsuliyyətə cəlb etməyin məqsədi cərimələmək deyil, tərbiyələndirməkdir. Əgər kamera gizlidirsə, o zaman məqsəd cərimələmək, əlavə pul qazanmaq olur. Onların bu cihazları hansı hüquqi əsasla quraşdırdığına və insanların şəxsi məkanəna müdaxilə etdiyinə baxmaq lazımdır”, – vəkil Gevorq Davtyan deyib.
Polis mobil qeydiyyat kameralarının tətbiq edilməsini 2018-ci ilin yanvarında baş verən qəzaların analizi ilə izah edir. Yol Polisinin rəisi Armen Xaçatryanın sözlərinə görə, yeni inzibati tədbirlərin görülməsi ehtiyacı yanvar ayı ərzində ölümlə nəticələnən qəzaların sayının artmasından yaranıb.
Ermənistanın Facebook istifadəçiləri bu günlərdə xəbərdarlıq etmək məqsədilə qeydiyyat cihazının quraşdırıldığı avtomobilin fotosunu yayıblar. Bəziləri isə “Mobil qeydiyyat cihazı” adı altında bu baməzə vudeonu paylaşıb.