Ermənistanda 92 minə yaxın əmanətçi kompensasiya alıb
Paylaşmaq
Paylaşmaq
Ermənistan SSR-in respublika bankının – keçmiş “Sberbank”ın əmanətçiləri olmuş 8199 vətəndaş 2016-cı ildə pul kompensasiyası alıb. Hökumət hər ay bu məqsədlə müəyyən məbləğ ayırır, sonra isə hesabat aparılır: bu məbləğ qeydiyyata alınmış əmanətçilərdən neçəsinə çata bilər. Yeri gəlmişkən, vəfat etmiş əmanətçilərin qohumlarına kompensasiya verilmir.
Kompensasiya almaq haqqını Ermənistan SSR-in respublika bankında (SSRİ “Sberbank”ı) rubl əmanəti olan 1931-ci il dekabrın 31-ə qədər doğulmuş şəxslər əldə edib, həm də yalnız 1993-cü il iyunun 10-a qədər qoyulan əmanətlərə görə kompensasiya ödənir.
Həmçinin “Ermənistanın müdafiə məqsədli hərbi əməliyyatlara görə” mövcud torpaq sahəsindən istifadə edə bilməyən vətəndaşlara və Ermənistanın rəqib tərəfindən atəşə məruz qalan sərhədyanı rayonlarının sakinlərinə də kompensasiya ödənəcək. Bundan ötrü onlar 2014-cü ilin avqustuna qədər bu ərazilərdə qeydiyyatda olduqları haqda sənəd təqdim etməlidirlər.
Əmanətlərin qaytarılması proqramı 2006-cı ildən qüvvədədir. Siyahıda 102 min nəfər qeydə alınıb, onlardan 92 min nəfəri artıq kompensasiya alıb. Hər il 8 min vətəndaş əmanətlərinə görə kompensasiya alır.