Ermənistan vətəndaşlarının barmaq izləri seçicilərin elektron siyahılarına əlavə ediləcək
Paylaşmaq
Paylaşmaq
Bu gün hökumətin keçirdiyi iclas əsnasında apreldə baş tutacaq parlament seçkiləri ərəfəsində lazımi avadanlıq alaraq seçicilərin barmaq izlərinin elektron bazasını yaratmaq üçün ehtiyat fondundan polisə 3 milyon dram (6 min dollara yaxın) ayırmaq qərarı qəbul edilib.
Ermənistan polis rəisinin müavini Vardan Yeqizaryan bildirib ki, barmaq izlərinin müvafiq elektron bazası seçici siyahılarına əlavə ediləcək.
Proqram bazanın məqsədi seçicilərin barmaq izlərini lazımi formatda ixrac etməkdir, yəni barmaq izi nümunələri biometrik pasport və Ermənistan sakinlərinin kimlik kartlarının polisin ixtiyarında olan məlumat bazasından seçici siyahılarına göndəriləcək.