Ermənistan NATO ilə Etimad Fondu yaradacaq. Bu haqda Ermənistan KİV-nə Müdafiə Nazirliyinin Müdafiə Siyasəti Şöbəsinin rəis müavini Mqer İsraelyan məlumat verib.
“Etimad Fondu çərçivəsində iki proqram həyata keçirmək planlaşdırılıb. Birinci proqramda 130 yararsız zirehli maşının utilizasiyası nəzərdə tutulub. Onlar NATO proqramı çərçivəsində utilizasiya olunacaq. Bunun üçün 1,3 milyon yevro cəlb etmək planlaşdırılıb”, – İsraelyan bildirib.
Onun sözlərinə görə, ikinci proqram humanitar minadan təmizləmə və sərhəd rayonlarının sakinlərini bu məsələ ilə bağlı məlumatlandırma metodlarını təkmilləşdirmə ilə bağlıdır.
Müdafiə Nazirliyinin Müdafiə Siyasəti Şöbəsinin rəis müavininin sözlərinə görə, Etimad Fondu yaxın aylarda yaradılacaq.