Ermənistan-Türkiyə. Bundan betəri yoxdur
Foto:Lüsi Sarqsyan
Erməni-türk münasibətlərini politoloq,
Qafqaz institutunun direktoru Aleksandr İskandaryan şərh edir
Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər yoxdur, dövlət sərhədi isə bağlıdır. Bu münasibətləri pisləşdirmək mümkün deyil, çünki bundan o yanası yoxdur. Bu, siyasi perspektivdə belədir.
Tarixi perspektivdə isə erməni soyqırımının müxtəlif ölkələr, xüsusən də iri ölkələr tərəfindən tanınması yekun nəticədə Türkiyəyə təsir edir və bu, soyqırımın tanınmasına doğru daha bir addımdır.
Türkiyə qonşuları ilə münasibətlərini pozub. Bütün istiqamətlər üzrə böyük uğursuzluqları olur. İsrail, Rusiya, Avropa ilə. Bəzi hallarda isə vəziyyət ümumiyyətlə faciəlidir, misal üçün Suriya ilə münasibətlərdə, burada o özünə uyğun olan Yaxın Şərqi yaratmaq üçün ərəb amilindən istifadə etməyə çalışdı.
Bundan əlavə, Türkiyədə millətçilik tendensiyaları artmaqdadır. Daxili siyasət elə bir formada inkişaf edir ki, bu böyük daxili problemlərə gətirib çıxarır, misal üçün, kürdlərlə müharibəyə.
Bundan əlavə, qarşıda Türkiyəni konstitusiyada dəyişikliklər – prezident üsul-idarəsinə keçid gözləyir. Və siyasətin əsas mühərriklərindən biri olan – “qonşularla sıfır problem – Əhməd Davudoğlu faktiki olaraq baş nazir postundan kənarlaşdırılıb.
Erməni-türk münasibətlərinin gələcək taleyi ancaq Türkiyənin inkişafından asılıdır, bu gün isə iki ölkənin yaxınlaşması perspektivini görmürəm.
Soyqırımın müxtəlif ölkələr tərəfindən tanınmasının müxtəlif formaları var. Bəzi ölkələrdə bu, parlament, bəzilərində prezident tərəfindən tanınmadır, bəzi ölkələr soyqırımı qanun qəbul etməklə, digərləri soyqırımın inkarının kriminalizasiyası ilə tanıyır, bu faktı petisiya ilə pisləyənlər də var.
Bütün bunlar da həmin hadisənin məşhurlaşmasına, dünyanın Ermənistana və Türkiyəyə münasibətinə təsir edir. Türkiyənin əsəbi münasibəti məhz bundan xəbər verir.
Erməni soyqırımının müxtəlif ölkələr tərəfindən tanınması Türkiyəyə təzyiqdir. Bu və ya başqa ölkə tərəfindən soyqırımın tanınması ermənilər üçün təhlükəsizlik hissini bir az da artırır.
Erməni soyqırımı dünyanın 26 ölkəsi tərəfindən prezidentlər və parlamentlər səviyyəsində tanınıb və pislənib. Birinci olaraq erməni soyqırımını 1965-ci ildə Uruqvay parlamenti rəsmi olaraq tanıyıb və pisləyib. 2 iyun 2016-cı ildə Almaniya parlamentinin deputatları ermənilərin Osmanlı imperiyasında kütləvi qırğınını soyqırımı kimi tanıyan qətnaməni qəbul etdi. Erməni soyqırımı faktı həm də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınıb: Avropa Şurası, Avropa Parlamenti, BMT-nin diskriminasiyanın qarşısının alınması və azlıqların müdafiəsi üzrə altkomitəsi, Ümumdünya Kilsələr Şurası və s.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 06.06.2016