Ermənistan SQ Baş Qərargahı baş nazirin istefasını tələb edir. Paşinyan bildirib ki, bu, hərbi çevriliş cəhdidir
Ermənistan SQ Baş Qərargahı bəyanatla çıxış edib və açıq mətnlə baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bəyanat bütün Baş Qərargah rəhbərliyi tərəfindən imzalanıb.
“Ermənistanın baş naziri və hökuməti indən belə bu böhranlı və erməni xalqı üçün taleyüklü vəziyyətdə adekvat qərarlar qəbul etməyə qadir deyil”, – bəyanatda deyilir.
Nikol Paşinyan baş verənləri hərbi çevriliş cəhdi adlandırıb.
“Bizim bütün tərəfdarlarımızı elə indi Respublika meydanına dəvət edirəm. Yaxın zamanda mən canlı yayımda müraciətlə çıxış edəcəm”, – hökumət başçısı Facebook səhifəsində yazıb.
Daha sonra video-müraciətində Nikol Paşinyan bildirib ki, Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi üçün sənədləri hazırlayıb:
“Vəziyyət çox mürəkkəbdir. Siz bilirsiz ki, mən Baş Qərargah rəisi və onun birinci müavinini vəzifədən azad etmək qərarı qəbul etmişəm. Bu qərarların səbəbini mən meydanda səsləndirəcəm. İndi ən vacib məsələ vətəndaş və xalq hakimiyyətinin qorunmasıdır”.
Yerevanda baş verənlərlə bağlı tanınmamış DQR prezidenti elan edib ki, Ermənistanda siyasi böhranın həlli üçün vasitəçi olmağa hazırdır.
- Ermənistanın baş naziri Rusiya silahını tənqid edib, Moskva onu yalançılıqda ittiham edib
- Azərbaycan SQ Ermənistanın cənubundakı kəndlərin yaxınlığında atırlar: ombudsmendən video-sübut
- Şərh: “Ermənistan hakimiyyəti seçkilərdən imtina edir və müxalifəti küçələrə itələyir”
Baş Qərargahın bəyanatının səbəbləri
Baş Qərargah rəisi Onik Qasparyan, bütün müavinləri, idarə rəhbərləri və böyük hərbi birləşmələrin komandirləri tərəfindən imzalanan bəyanatda deyilir ki, BQ “əsaslandırılmamış addımlara”, o cümlədən də Baş Qərargah rəisinin birinci müavininin vəzifədən azad edilməsinə qətiyyətlə etirazımızı bildiririk. Bu bəyanatın səbəbi də elə bunlar olub.Ermənistanın baş naziri Rusiya silahını tənqid edib, Moskva onu yalançılıqda ittiham edibBaş Qərargah rəisi Onik Qasparyan, bütün müavinləri, idarə rəhbərləri və böyük hərbi birləşmələrin komandirləri tərəfindən imzalanan bəyanatda deyilir ki, BQ “əsaslandırılmamış addımlara”, o cümlədən də Baş Qərargah rəisinin birinci müavininin vəzifədən azad edilməsinə qətiyyətlə etirazımızı bildiririk. Bu bəyanatın səbəbi də elə bunlar olub.
Bəyanatı imzalayanlar hesab edirlər ki, Tiran Xaçatryanın işdən azad edilməsi baş nazirin “sadıcı şəxsi və ambisiyalı hisslərinə” əsaslanıb.
“Ermənistanın silahlı qüvvələri uzun müddət səbrlə hakimiyyətin Silahlı Qüvvələri gözdən salmağa yönəlmiş hücumlarına dözürdü, amma hər şeyin bir həddi var. Hazırkı hakimiyyətin səmərəsiz idarəçiliyi və xarici siyasətdəki çox ciddi səhvləri ölkəni məhv həddinə gətirib”, – bəyanatda deyilir.
Bəyanat müəllifləri həmçinin hakimiyyətə etirazçılara qarşı güc tətbiq etməməklə bağlı xəbərdarlıq ediblər.
Baş Qərargahın rəis müavininin işdən azad olunmasının detalları
SQ Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan baş nazirin Ermənistanın əldə etdiyi “İsgəndərlərin” “partlamadığı və ya ancaq 10 faiz partladığı” haqda sözlərini qeyri-ciddi adlandırıb.
Bir qədər əvvəl yerli qərbyönlü xəbər saytlarından birinin efirində Nikol Paşinyan Rusiyanın “İsgəndər” raket komplekslərinin effektivliyi ilə bağlı şübhəsini ifadə edib. O bildirib ki, raketlər “partlamayıb və ya ancaq on faiz partlayıb”.
Jurnalistin baş nazirin sözlərini şərh etməsi ricasının cavabında Tiran Xaçatryan gülüb və deyib:
“Bu mümkün deyil. Necə? “İsgəndər”? Bir atəş? “10 faiz”? Bağışlayın, amma bu ciddi deyil. Belə şeylər demək, belə nəticələr çıxarmaq olmaz. Xahiş edirəm, mövzunu dərinləşdirməyin və bu cür texnika haqda yanlış təsəvvür formalaşdırmayın”.
Paşinyanın sözlərinə daha əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin də reaksiya vermişdi və Ermənistanın baş nazirini yalançılıqda ittiham etmişdi.
Böhranın nizamlanması üçün vasitəçilik
Tanınmamış DQR prezidenti Araik Harutunyan Yerevandadır və bildirib ki, Ermənistanda siyasi böhranın nizamlanması üçün vasitəçi olmağa hazırdır.
O, Facebook səhifəsində yazıb ki, Ermənistanda daxili siyasi zəviyyət böyük narahatlıq doğurur:
“Bütün tərəflərə məsləhət görürəm ki, soyuqqanlılıq və təmkin nümayiş etdirsinlər, əks halda bizim məğlubiyyətimiz daha da dərinləşəcək və daha faciəvi olacaq. Bəsdir, nə qədər qan tökdük, indi böhranı yumşaltmaq və uzun müddətli inkişaf və güclənmə yolu ilə getmək lazımdır”.
Baş Qərargahın bəyanatı və hadisələrin mümkün inkişafı haqda şərh
“Ordunun Baş Qərargahının bəyanatı böyük ehtimalla yüksək komandanlığın 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsi zamanı öz davranışlarına haqq qazandırmaq və müharibədəki məğlubiyyətə görə məsuliyyəti öz üzərilərindən atmaq cəhdidir.
Bu bəyanat müharibənin ilk günlərində, müharibədən sonra biabırçı razılaşma imzalanan zaman daha yerinə düzərdi. Amma bu, indi səsləndi və son akkord kimi görünür. Son bir neçə ayda Nikol Paşinyan hakimiyyəti çoxlarının bildirdiyi kimi güc strukturlarının sədaqəti üzərində dayanır. İndi ordu (Baş Qərargah elə ordudur) qiyam qaldırdığı zaman Paşinyan əsas resurslarından birindən məhrum olub”, – Lragir.am informasiya-analitik saytının siyasi şərhçisi Naira Hayrumyan hesab edir.
“Bu, hərbi çevriliş cəhdi deyil, əks halda ordu hissələri artıq Yerevan küçələrində olardı. Sadəcə Baş Qərargah Nikol Paşinyanın ölkəni fəlakətə apardığını dərk edərək siyasi bəyanat səsləndirib”, – hərbi ekspert Karen Vrtanesyan hesab edir.
Ekspertlər hələlik hadisələrin mümkün inkişafını şərh etmirlər.
“Nə olacağını təxmin etmək çətindir. Hələlik aydın deyil ki, prezident Armen Sarqsyan nə edəcək. O, artıq Paçinyanı istefa verməyə səsləmişdi, dünən isə mühüm qanunu imzalamayıb. Baş Qərargah rəisinin vəzifədən azad edilməsi haqda sərəncamı da imzalamasa, Paşinyanın özünün istefa verməsi mümkündür”, – siyasi şərhçi Naira Hayrumyan ehtimal edir.