Ermənistan cəmiyyəti üçün ən kəskin məsələlər işsizlik və kasıblıqdır:
● Əhalinin 36%-i işsizliyi ən vacib problem hesab edir,
● 17%-i isə kasıblığı.
Bununla belə, sorğu iştirakçılarının özlərini nə dərəcədə xoşbəxt hesab etdikləri ilə bağlı orta qiymətləndirməsi yetəri qədər yüksək olub və mümkün 10-dan 6,8 təşkil edib. Qafqaz Tədqiqat Resursları Mərkəzinin (CRRC) həyata keçirdiyi araşdırmanın nəticələri bunu deyir.
Təşkilatın apardığı sorğunun yekununa əsasən, ölkə sakinləri ictimai institutlardan ən çox orduya (respondentlərin 77 %-i silahlı qüvvələrə tam etimad ifadə edib) və kilsəyə (74%) etibar edir.
Elə həmin araşdırmanın nəticələrinə görə,
● sorğu edilənlərin 63%-i hesab edir ki, Qarabağ münaqişəsinin həlli məsələsində ölkə tamamilə öz gücünə güvənməlidir,
● 77%-in fikrincə isə münaqişəni danışıqlar yolu ilə həll etmək lazımdır.
Sorğuda Ermənistanın yetkinlik yaşına çatmış 1648 vətəndaşı iştirak edib.