Yeni seçilmiş Ermənistan Parlamentindəki hakim çoxluğun təklifi ilə Milli Məclisin İnsan Haqları Komissiyası ləğv edilib.
İqtidarda olan Ermənistanın Respublikaçılar Partiyası əvvəl mövcud olmuş komissiyaların sayını 12-də 9-d qədər azaltmağı təklif edib. Məsələ ilə bağlı məruzə edən deputat Qrayr Tovmasyan bu qərarı aşağıdakı kimi izah edib: əvvəl MM komissiyaları müxtəlif yüklə işləyirdi, bu faktı nəzərə alaraq, bir-biri ilə əlaqəli olduğu üçün insan haqları və dövlət-hüquq sahələrini ümumi komissiyada birləşdirmək təklif olunub.
Parlamentdəki müxalifət təklifə qarşı çıxıb. “Yelk” blokundan olan deputat Artak Zeynalyan bildirib ki, çoxluğun bu komissiyanı ləğv etməklə bağlı qərarında “cəmiyyətə mənfi göndəriş əks olunub”.
Hüquq müdafiəçiləri də bu qərarla bağlı narazılıqlarını bildiriblər.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts hesab edir ki, sözügedən qərar yanlışdır. O qeyd edib ki, Ermənistan parlament üsul-idarəsinə keçib və nəzəri olaraq bu komissiyanı ləğv etmək yox, ən vacib komissiyalardan biri elan etmək lazım idi.
“Məzmunlu yanaşma nöqteyi-nəzərindən parlament nəzarətinin reallaşdırılması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün Avropa İttifaqı-Ermənistan məntiqindən çıxış edərək, elə düşünmək olardı ki, İnsan Haqları Komissiyası daha böyük siyasi anlam daşımalıdır. Bu komissiyanın başqası ilə birləşdirilməsi isə o deməkdir ki, ona lazımsız xarakter şamil edilib”, – hüquq müdafiəçisi bildirib.
Bundan əvvəlki çağırış parlamentində həmin bu komissiyaya rəhbərlik etmiş hüquqşünas Elinar Vardanyan mətbuata komissiyanın ləğv edilməsi ilə təəssüfünü bildirib: Ermənistanda insan haqları ilə bağlı vəziyyət yaxşı deyil və indi belə bir qərarın qəbul edilməsi yolverilməzdir.