Ermənistan ordusunda hərbçilərin ölüm silsiləsi davam edir. Fevralın 12-də Dağlıq Qarabağın iki müxtəlif hərbi hissəsində eyni zamanda iki həbrçi həlak olub. Həm Tiqran Manvelyan və həm də Tiqran Mxoyan 2000-ci il təvəllüdlü idi. Hər ikisi baş nahiyyəsindən güllə yarası alıb və hər ikisi hospitala aparılarkən yolda keçinib.
Ermənistanın İstintaq Komitəsində “təhdid, amansız davranış və mütəmadi insan ləyaqətinin alçaldılması vasitəsilə intihar həddinə çatdırma” maddəsi ilə cinayət işi qaldırılıb.
2020-ci ilin əvvəlindən Ermənistan ordusunda dinc şəraitdə artıq 12 əsgər həlak olub. Bu haqda “Araşdırmaçı Jurnalistlər” ictimai təşkilatının prezidenti Edik Baqdasaryan Facebook səhifəsində yazıb:
“2020-ci ildə bizim ordumuzda 12 əsgər öldürülüb. Onlar rəqib atəşiylə öldürülməyib. Nazirliyin bəyanatında naməlum şərait haqda deyilir. Ermənistan və Artsax müdafiə nazirləri susur, baş nazir danışır, amma bu haqda susur. Biz indi nə müzakirə edirik, Konstitusiya Məhkəməsinin 7 hakiminin vəzifədən uzaqlaşdırılması haqda referendumu? [Ermənistanda aprelin 5-ə konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum təyin edilib və bu, hakimiyyət, həmçinin cəmiyyət tərəfindən fəal müzakirə olunur – JAMnews]. Bu, dəqiq heç bir əsgərin həyatından daha önəmli deyil”.