Ermənistan: 52 namizəd parlament seçkilərində iştirakdan imtina edib
Paylaşmaq
Paylaşmaq
Mərkəzi Seçki Komissiyası partiya, blok və ya bloka daxil olan partiyaların namizədlərinin geri çəkilməsi haqda müraciətlərin qəbulunun bitdiyini elan edib. Müəyyən edilmiş müddətdə 52 deputatlığa namizəd öz namizədliyini geri çəkib.
Aprelin 2-də Ermənistanda parlament seçkiləri baş tutacaq.
MSK həmçinin xəbər verir ki, seçici bülletenlərinin nümunələri artıq təsdiqlənib və nəşr olunmaq üçün “Tiqran Mets” nəşriyyatına göndərilib. Müşahidəçilər, vəkillər və KİV nümayəndələri bütün çap prosesini izləyə bilər.
Bu seçkilərdə elektron səsvermə də həyata keçiriləcək. Bu cür səsvermədə 877 nəfər iştirak edə bilər. Yeni Seçki Məcəlləsinə əsasən seçki günündə Ermənistanda ola bilməyəcək diplomatik korpus nümayəndələri, həmçinin onlarla birlikdə xaricdə yaşayan ailələri “seçkilərə ən azı beş gün qalmış elektron səsvermə yolu ilə seçkilərdə iştirak edə bilər”.
Elektron səsvermə bu gün 24 mart 2017-cü il Yerevan vaxtı ilə saat 08.00-da başlayıb və 26 mart 20.00-a qədər davam edəcək.