Ermənistan 2015
Kanye Uest – Qu gölündə
Bu ilin aprel ayı hadisələrlə doluydu, xüsusən də Yerevan sakinləri üçün. Ermənistana məşhur Kardaşyan ailəsi gəldi və əvvəlcə diqqət mərkəzində Kim və Kloe bacıları idi. Amma səfərin sonunda özünün tutarlı kişi sözünü məşhur Kimin heç də ondan az məşhur olmayan əri Kanye Uest dedi.
Açıq səma altında keçirilən konsertindən sonra Kanye Uest özünün “Goog Life mahnısını yanında çıxış etdiyi Qu gölünə tullanmaqla bitirdi. Tamaşaçılar da sevdikləri artistin əlini sıxmaq üçün çoşğunluqla suya atıldı. Yəqin ki, bu qısamüddətli konsert yerevanlıların yaddaşından hələ uzun müddət silinməyəcək.
Vatikanda papanın messası
Aprelin 12-də Müqəddəs Pyotr ibadətgahında zati-müqəddəsləri Roma papası I Fransisk 1915-ci il erməni soyqırımının xatirəsinə messa etdi. Burada Ermənistanın bütün siyasi elitası iştirak edirdi. Müqəddəs Pyotr məbədinə gələ bilməyən bütün dünya erməniləri üçün də bu çox həyəcanlı hadisəydi.
David Akopyanın fotoları
David Akopyanın video-çəkilişi
Messada iştirak edən və bizə bu kadrları təqdim edən fotoqraf David Akopyan deyir ki, müqəddəs Pyotr məbədində duduk səsi eşidiləndə həmvətənlərimizin əksəriyyəti göz yaşlarını saxlaya bilmədi.
Məşəllərlə Tsitsanakaberdə tərəf
Hər il aprelin 24-də Yerevanda böyük yürüş keçirilir, yürüş iştirakçıları məşəllər, milli bayraqlar və güllərlə bütün şəhəri – mərkəzdən erməni soyqırımı qurbanlarının xatirəsinə ucaldılan Tsitsanakaberd memorialına qədər gedirlər.
Ənənəvi tədbir olan məşəl yürüşünün təşəbbüskarı və təşkilatçısı “Daşnaksütun erməni inqilabi federasiyası partiyasının gənc qoludur.
Yürüş iştirakçıları əllərində məşəllərlə Orbeli qardaşları küçəsi ilə gedirlər
Yürüş iştirakçıları Tsitsanakaberdə özləriylə böyük Ermənistan bayrağı aparırlar
Yağış altında “System
Elə həmin gün də pis havaya baxmayaraq, “System of a Down qrupunun misli görünməmiş konserti Respublika meydanında ancaq yerli sakinlər yox, həm də Gürcüstan və İrandan gələn xarici rok sevərləri bir araya yığdı. Bu konsert də 1915-ci il faciəli hadisələrin ildönümünə həsr edilmişdir.
#ElectricYerevan
İyunun 22-də gecə saat 1:00-dan sonra polis Ermənistan paytaxtının mərkəzi magistralı olan Baqramyan prospektindən elektrik enerjisinin qiymətinin bahalaşmasına qarşı etiraz aksiyası keçirən mitinq iştirakçılarını dağıtmağa çalışdı. Bunun üçün polis mülki geyimli polis işçiləri və suvarıcı maşınlardan istifadə etdi.
Amma Baqramyan prospekti ancaq bir neçə saatlıq açıldı. Bir müddət sonra aksiya iştirakçıları qayıtdılar və yenidən prospekti başladılar, onların sayı bir az da artdı.
Bu, 2015-ci il vətəndaş etirazının ən parlaq epizodlarından biridir.
Futbolda satqınlıq
Ermənistanın futbol üzrə milli yığmasının məğlubiyyəti bütün erməni azarkeşləri üçün bu ilin məyusluğu oldu. Erməni futbolçuları Avro-2016 seçmə turnirini tam məğlubiyyətlə bitirdilər. Hələ də Albaniya ilə oyunun “satılıb-satılmaması ilə bağlı mübahisələr gedir. Ermənistan Futbol Federasiyanın prezidenti bəzi futbolçuları “satqın adlandırdı, amma bu zaman heç bir konkret ad çəkmədi.
Ermənistan-Albaniya, 1:1, Yerevan, Respublika stadionu
Markos Pizzelli 11 metrədən qol vura bilmədi
Ermənistan – Danimarka, 0:0, hər iki komanda nəticədən narazıdır
Parlamentləşməyə “hə
Ermənistan bu ili yarıprezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçidlə başa vurdu. Rəsmi məlumatlara görə, dekabrın 6-da keçirilən konstitusiya referendumunda parlament respublikasının lehinə ölkə sakinlərinin əksəriyyəti səs verdi (63.37%).
Referendum zamanı həm jurnalistlər, həm də müşahidəçilər tərəfindən çoxsaylı seçki pozuntuları qeydə alınmışdır. Müxalifət hesab edir ki, referendumun nəticələri xalqın iradəsini əks etdirmir.