Ermənistanın Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında iştirak edən üç idmançısından biri xizəkçi Aşot Karapetyanın çıxışı sual altında idi. Məsələ ondadır ki, 18 yaşlı idmançının xizəyi ilk məşq günündə qırılıb, Karapetyanın isə ikinci xizəyi olmayıb ki, məşqləri davam etdirib, yarışlarda iştirak eləsin.
Aşot Karapetyanın ilk çıxışı fevralın 18-ə təyin edilib, amma o xizəyi olmadan məşq edə bilməyəcəkdi. İdmançı narahat idi ki, əraziyə yaxşı bələd deyil və yaxşı çıxış edə bilsin deyə dağları öyrənib, yeni xizəyə alışmaq üçün zaman lazım olacaq.
Hadisənin təfərrüatları ilə Aşot Karapetyan özü bölüşüb: Olimpiya şəhərciyinə o, artıq yaxşı vəziyyətdə olmayan bir cüt xizəklə gəlib. Ermənistan federasiyasında onu əmin ediblər ki, ora çatan kimi ona yeni xizək alınacaq, o da çıxışına qədər məşq edə biləcək, amma hansısa səbəblərdən xizək alınmayıb.
“Niyə mənim xizəyim olmamalıdır? Üstəlik, bura gəlib görürəm ki, mənim üçün hətta üzərində “Ermənistan” yazılan forma da yoxdur. Deyirlər ki, adım son anda təqdim olunduğu üçün çatdırıb mənim ölçümdə forma sifariş verməyiblər. Amma mənim formam var, özümlə gətirmişəm. Mən bir dəfə artıq sınıq xizəklə olimpiya xalları yığmışam, Ermənistan Çempionatında da qalib olmuşam, odur ki, məyus olmuram: həmişə xizək sürəcəm, həmişə qələbə qazanacam”, – o deyib.
Xizək İdmanı Federasiyanın baş katibi Qaqik Sarqsyan vəzyyəti belə izah edib: xizək sifariş olunub, amma Avstriya Şirkəti son anda xizəyi Cənubi Koreyaya çatdırmaqdan imtina edib, buna görə də idmançı üçün xizəyi Rusiyadan tapıb, sifariş verdik.
Artıq idman avadanlığı məsələsi nəhayət ki, həll olunub: xizək Pxençxana çatdırılıb.
Ermənistan mediası xəbər verir ki, Ermənistanda Aşot Karapetyanın əsas rəqibi Harutyun Harutunyan – Ermənistan yığmasının baş məşqçisi Seyran Harutunyanın oğlu və federasiya rəhbəri Artur Harutunyanın qardaşıoğlu olub. Olimpiya Olunlarında iştirak etməyə bu iki idmançı iddialı imiş.
Federasiya rəhbəri Artur Harutunyan bildirib ki, onun qardaşıoğlu Aşot Karapetyandan daha yüksək nəticələr göstərib, bununla da Olimpiadaya məhz onun qoohumunun getməli olduğuna eyham vurub.