Erməni tərzində Yeni il
Əvvəldən başlayaq
Vanadzordakı bayram haqqında hekayəni özümdən başlayacam. Mənim üçün Yeni il həmişə yolkanın bəzədilməsindən başlayır. Amma bu il mən əvvəlcə evdəki deyil, bizim şəhərimiz Vanadzorun Yeli il yolkasının bəzədim. Az qala 20 metr yuxarı qalxaraq, şəhərin əsas yolkasının başına ucluq qoymaq – bundan gözəl nə ola bilər?
Hamı bayram qabağı alver və hazırlıqla məşğul olan zaman mən Vanadzor meydanındakı yolkanın bayram işıqlarının yandırılması mərasimində iştirak edirdim.
5, 4, 3, 2, 1… Mənim Yeni ilim başladı.
Şaxta Baba – qastarbayter
Son 12 ildə Mkrtiç üçün Yeni il xüsusi önəm daşıyır – bu, onun Ermənistana, ailəsinin – yoldaşı və uşaqlarının yanına gəlmək üçün yeganə “bəhanədir. Uşaqlar isə bu illər ərzində çatdırıb ailə də qurdular, 55 yaşlı Mkrtiçi baba da elədilər. İndi o həm də Şaxta Baba rolunu oynayır, çünki soyuq şimaldan, Rusiyadan bir yığın hədiyyə ilə gəlir.
“Yeni il mənim üçün ailə bayramıdır, bu günü ailə ilə keçirmək lazımdır. Hər il gəlirəm, bu vaxt ərzində hər şey dəyişir – uşaqlar balaca olanda məni tanımırdılar, – Mkrtiç danışır.
Xanımı Silva şikayətlənir ki, bütün ailə qayğıları onun çiyinlərindədir. Hər il o gözləyir ki, əri gəlib, onun çiyinlərindən kişi işinin yükünü götürəcək, amma bir qış ayı bütün problemləri həll etmək üçün kifayət etmir.
Yeni il müvəqqəti tikilidə
4 yaşlı Aren doğulduğu gündən müvəqqəti tikilidə yaşayır. Bu tikili Ermənistanda 1988-ci ildə baş verən zəlzələdən sonra əmələ gəldi. O vaxt Ermənistanda bu gün də qalan “fəlakət zonası anlayışı yarandı – bir çoxları hələ də mənzillərlə təmin olunmayıb. Aren üçün həyat taxta divarlı müvəqqəti tikili, qonşu evlər və onun öz-özünü əyləndirdiyi həyətdir.
Arenlə birlikdə bu evdə onun valideynləri, nənə və babası və bibisi yaşayırlar. Arenin nənəsi, 50 yaşlı Nelli Simonyan qeyd edir ki, onların ailəsi üçün Yeni il çox mühüm bayramdır və onlar onu həmişə birlikdə qeyd edirlər: “1998-ci il zəlzələsi vaxtı biz ev kirayə edirdik, ev dağıldı və biz indiyə qədər də müvəqqəti tikilidə yaşayırıq. Yeni il gecəsi biz həmişə ilk qədəhimizi onun üçün qaldırırıq ki, qarşıdan gələn ildə nəhayət bizim öz evimiz olsun.
Yeni il əlində narla birlikdə kilsədə
Artıq ikinci ildir ki, Erməni apostol kilsəsi yeni ənənə tətbiq etdi. Yeni il gecəsi narın xeyir-duası mərasimi keçirilir. Və etiraf etmək lazımdır ki, yeni ənənənin artıq davamçıları da az deyil. Gecə saat 12-də bir çox vanadzorlular ailələri, uşaqları və dostları ilə birlikdə müqəddəs Qriqor Narekasi kilsəsinə gəlib, özləri ilə mümkün qədər çox nar gətirilər ki, Tanrı onlara xeyir-dua versin.
Keşiş Vaan Azaryan qeyd edir ki, ötən il kilsə narın xeyir-duası bayramını qeyd etmək qərarına gələndə, onlar əhalinin yeni ənənəni qəbul edəcəklərindən əmin deyildilər: “Bu, gözəl bir bayramdısa, niyədə ki onu qeyd etməyək. Bu Tanrıya yaxın edən və qarşıdan gələn ili onun xeyir-duası ilə başlamağa imkan verən daha bir addım.
24 yaşlı Qor bütün 2015-ci ili haqqında danışmaq istəmədiyi xəstəlikdən əziyyət çəkib: “Əminəm ki, sağalmağımda böyük rolu Tanrı oynadı. Minnətdarlıq əlaməti olaraq Yeni ili kilsədə qarşılamaq mənim seçimim oldu. Həyatımda ilk dəfə olaraq, yeni ili kilsədə qarşılayıram, – Qor əlindəki narı möhkəm sıxaraq söyləyir.
Yeni il Ermənistandan uzaqda
Dekabrın 31-də Ermənistanı basan qar kiməsə sehrli bir hədiyyə kimi göründü, amma hamıya yox. Bir çoxları Yeni ili soyuqdan və çovqundan uzaqda qeyd etmək üçün tədbir gördülər. Anahit bacısı ilə birlikdə günəşli Misirə yola düşdülər: “Biz bayramı həmişə bütün erməni ənənələrinə riayət edərək, qeyd etmişik: qonaq gedirdik, mütləq gözəl süfrə açırdıq. Amma bu dəfə biz həyatımıza fərqlilik qatmaq istədik,- Anahit deyir.
O, ötən ildə də Yeni ili evdən uzaqda qeyd edib. O vaxt Anait Hollandiyada işləyirdi və Yeni ili təklikdə, evdən uzaqda qeyd etməli oldu. Bu dəfə o, özü seçimini etdi və bacısı ilə birlikdə bayram günlərində Ermənistanda isti Misirə yollandı.
Anahit deyir ki, bacısı ilə birlikdə yaxşıca dincəldilər və bu onlara çox ucuz başa gəldi, baxmayaraq ki, turizm agentliyi onları beş ulduzlu oteldə yerləşdirdi.
Deyirlər ki, yeni ili necə qarşılasan, elə də keçirəcəksən. Baxaq görək, 2016-cı il mənim və qəhrəmanlarım üçün necə olacaq.