Ermənistan nümayəndələri Soçidə keçirilən sambo üzrə Dünya Çempionatında ikisi qızıl olmaqla dörd medal qazanıb.
Qızıl medallara Qriqor Mxitaryan və Tiqran Kirakosyan layiq görülüb. Bürünc medalçılar Maksim Manukyan və Arsen Xancyan olub.
Serbiyanın Novi-Sad şəhərində sambo üzrə gənclər və yuniorlar arasında keçirilən birincilik də başa çatıb, bu yarışda Ermənistan təmsilçiləri 8 medal qazanıb. Onlardan dördü bürünc, üçü gümüş, biri qızıldır.
Ermənistandan olan daha bir idmançı Anna Mkrtçyan da bir medal qazanıb. O, 81 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.